Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümşüd Nuriyevi məhkəməyə verirlər

Qadın hərbçilərimizi təhqir etdiyinə görə...

Xəbər verdiyimiz kimi, sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Qazi qadınlar, tanınmış ictiamiyyət nümayəndələri məsələyə sərt mövqe bildirib. 

Bu gün isə C. Nuriyevlə Tutu ləqəbli Qarabağ qazisi Rüxsarə Cumayeva arasında debat olub. APA TV-dəki debatda R.Cumayeva bildirib ki, Qarabağ qazisi olan qadınlar toplanaraq, sabiq deputatı məhkəməyə verəcəklər:

“Cümşüd müəllim, orada batalyon sözünü deyirsiz, siz onu seçsənizdə, seçməsənizdə, desənizdə, deməsənizdə, bu belə qalmayacaq. Bizim sədrimiz hal-hazırda Hollandiyadadır. Xocalı ilə bağlı oraya tədbirə gedib və  tədbirdən qayıtdıqdan sonra bütün qadınlar yığılacaq. Siz o qadınların qarşısında istəsəniz, üzr istəyərsiniz, ya da istəməzsiniz, bu sizin öz işinizdir. Biz bu söhbəti məhkəməyə verəcəyik. Çünki qadın təhqirinə bu gün son deyiləcək. Siz bu gün bu təhqiri etmisiz, cəzasını da almalısınız”.

Qeyd edək ki, keçmiş istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev Cümşüd Nuriyev AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Qarabağda döyüşən qadınlar batalyonunu təhqir edib, orada olmuş  qadınları “əxlaqsız”, “küçə qadınları” adlandırıb. Sosial şəbəkə yayılan həmin görüntülər, ictimaiyyət və keçmiş döyüşçülər tərəfindən böyük hiddətlə qarşılanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar