Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib...

FƏRDİ
"Report"un məlumatına görə, Binə Elit Atçılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq iştirakçıların atlı paradı gerçəkləşib. Ardınca Dövlət Sərhəd Xidmətinin orkestri və musiqilərin ifasında müxtəlif çıxışlar səsləndirilib. Daha sonra Qarabağ atlarının xüsusi şou çıxışı olub.

Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, çövkənin milli idman növü olduğunu söyləyib: "Artıq bu il bir neçə dəfə burada çıxış etmişəm. ARAF həm yerli, həm də beynəlxalq yarışlar keçirib. Bu turnir Ulu Öndərin 100 illik yubileyinə təsadüf edir. Bu il idmanımız üçün uğurlu olub. Çaparlarımız da medallar qazanıb. Qarşıdan gələn bayramlar münasibəti ilə sizi təbrik edirəm".

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana xüsusi diqqət və qayğı göstərdiyini söyləyib: "Ölkəmizdə atçılıq idman növündə bir çox tədbirlər keçirilib. Bu idmanın əsas məqsədi dövlətimizin adət-ənənələrinin təbliğ olunmasıdır. Bu yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirəm".

Dövlət Himninin səsləndirilməsindən sonra Prezident Kuboku açıq elan edilib və "Sərhədçi-Qarabağ” - “Polad" qarşılaşması start götürüb.

Qeyd edək ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparır. A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad", “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar. Bu gün startı verilən turnir dekabrın 24-də başa çatacaq.

Fotolar

Poliqon.info

 

 

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar