Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Bolton Azərbaycandan nə istəyəcək?

Polititoloq: “ABŞ-ın öz iddialarını başqa ölkələrə zorla qəbul etdirmək istəyi heç də xoş hadisə olmadığına görə, Azərbaycanda da qəbul olunmayacaq”

Azərbaycanın ABŞ-ın bu istəyinə hansı reaksiya verəcəyi başqa məsələdir. Fikrimcə, Azərbaycan hər bir halda öz geosiyasi maraqları kontekstində hərəkət edəcək”.

Bu sözləri politoloq Natiq Miri Con Boltonun Bakı səfərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gözlənilən səfərinə dünya mediasında da böyük maraq doğurmaqdadır. “Reuters” yazır ki, Bolton bu ölkələrdə “təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksək məqamlı məmurlarla görüşməyi” planlaşdırır.

Güman olunur ki, Boltonun Cənubi Qafqaza səfərində diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Azərbaycanın Rusiyaİranla bilikdə həyata keçirməyə çalışdığı, Baltikyanı ölkələrin İran üzərindən Hindistanla əlaqə yaratması üçün nəzərdə tutulmuş “Şimal-Cənub” layihəsinin də Boltonun diqqət mərkəzində olacağı vurğulanır.

“Daily Shtorm” nəşri isə yazır ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.

Con Bolton özü isə “Twitter” səhifəsində bildirib ki, oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri səfərinin mahiyyətinin təhlükəsizliklə bağlı olduğunu yazıb: “Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm”.

Qeyd edək ki, bəzi ekspertlər də hesab edirlər ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri xüsusi əhəmiyyətə malikdir və Azərbaycan səfəri isə daha geniş məsələləri əhatə edəcək. Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Amerikanın cari rolunun müzakirə olunacağı da ehtimallar sırasındadır. Eyni zamanda Con Boltonun Bakı səfərində Azərbaycan hakimiyyətindən İranla əməkdaşlıq etməmək barədə çağırış edəcəyinin gözlənildiyi də vurğulanır.

Maraqlıdır ki, ABŞ-ın maraqlarına uyğun olaraq Azərbaycan İranla əməkdalığına xələl gələ bilərmi? Ümumiyyətlə, Azərbaycanın çoxvektorlu xarici siyasət aparan bir ölkə olduğunu nəzərə alsaq, hazırda ABŞ və İsrailin, həmçinin Rusiyaİranın maraqları arasında manevr etmək üçün siyasi imkanları hansı səviyyədədir və bu imkanların tükənmə ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Con Boltonun məlum səfəri ABŞ-ın bütün geosiyasi maraq və iddialarına rəğmən o qədər də gözləntiləri doğrultmayacaq”.

Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin məhz İranla bağlı olacağını vurğulayan politoloq Natiq Miriyə görə, Azərbaycan ABŞ-ın istəklərini birmənalı olaraq yerinə yetirməyəcək:

“Con Boltonun Azərbaycana səfərinin əsas leymotivi qonşu dövlət İranla bağlıdır. Təkcə Azərbaycan deyil, Ermənistan səfəri çərçivəsində də bu məsələ aktual olacaq. ABŞ-ın məhz noyabr ayında bütün sahələr üzrə İrana tətbiq etmək istədiyi sanksiyalarla bağlı verəcəyi qərar ərəfəsində bu səfərlər gerçəkləşdirilir.

Düşünürəm ki, AzərbaycanErmənistan İranla həmsərhəd ölkələr olduğuna görə ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan hər iki ölkəyə olan səfərdə İran məsələsinin ciddi müzakirə olunacağı gözləniləndir.

ABŞ istəyir ki, tətbiq edəcəyi sanksiya çərçivəsində AzərbaycanErmənistan İranla bütün ticarət əlaqələrini kəssin. ABŞ istəmir ki, İranın əsas büdcə gəlirlərini təşkil edən neft və qaz sahəsində region ölkələri ilə hansısa əməkdaşlıq formatı mövcud olsun. Və ABŞ dolayı yolla bu istiqamətdə müəyyən təzyiqlər etməklə, İran iqtisadiyyatını çökdürmək istəyir.

Bu baxımdan hesab edirəm ki, Con Boltonun səfərlərinin əsas müzakirə obyekti İranla qonşu region ölkələri arasındakı əməkdaşlığın minimuma endirilməsindən, iqtisadi və ticari əlaqələrin tamamilə kəsilməsi məsələsi ilə bağlı olacaq.

Natiq Miri: “AzərbaycanErmənistan İranla həmsərhəd ölkələr olduğuna görə ABŞ üçün xüsusi əhəmiyyət daşıyır”.

Azərbaycanın ABŞ-ın bu istəyinə hansı reaksiya verəcəyi isə başqa məsələdir. Fikrimcə, Azərbaycan hər bir halda öz geosiyasi maraqları kontekstində hərəkət edəcək. Çünki Azərbaycan heç bir zaman qonşu dövlət İranla münaqişə aparmaq istəyən digər ölkələr arasında bir alət olmağı istəməyib.

Əslində Azərbaycanın bu qərarı doğrudur. Ona görə ki, Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək İran əleyhinə hansısa proseslərin aparılması ölkəmiz adına doğru addım olmaz. Ayrıca, Azərbaycanın iqtisadi-ticari əlaqələrlə yanaşı, İranla beynəlxalq səviyyəli kommunikasiya sistemləri ilə bağlı birgə layihələri mövcuddur. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ən böyük örnəklərdən biridir. Təbii ki, Azərbaycan bu cür qlobal layihələrdən imtina etməyəcək. Çünki bu layihə Azərbaycanın özünün iqtisadi maraqları çərçivəsindədir. Bununla yanaşı, İranla əməkdaşlığın kəsilməsi arzuolunan məsələ deyil.

ABŞ-ın öz iddialarını başqa ölkələrə zorla qəbul etdirmək istəyi heç də xoş hadisə olmadığına görə, Azərbaycanda da qəbul olunmayacaq. Hesab edirəm ki, hətta zəif Ermənistan ABŞ iddialarını sözdə qəbul etsə də, əməldə İranla iqtisadi-ticari əlaqələrini yenə davam etdirəcək. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Məlumdur ki, irəlidə qış ayları gəlir və Ermənistanın quru əlaqələri yalnız Gürcüstan əraziləri vasitəsilə mövcuddur. Gürcüstanın Rusiyadan keçən əraziləri dağlıq ərazilər olduğuna görə qış aylarında bu yollar tamamilə bağlanır. Bu baxımdan İranla iqtisadi və ticari əlaqələrin kəsilməsi Ermənistan iqtisadiyyatının birdəfəlik çöküşünə səbəb ola bilər.

Ona görə də hesab edirəm ki, Con Boltonun məlum səfəri ABŞ-ın bütün geosiyasi maraq və iddialarına rəğmən o qədər də gözləntiləri doğrultmayacaq. AzərbaycanErmənistan ABŞ-ın istəklərini birmənalı olaraq yerinə yetirməyəcək.

Natiq Miri: “Hansısa dünya gücü, hətta İsrail belə Azərbaycandan İranla münasibətləri pozmaq barədə hansısa tələblər edə bilməz”.

Azərbaycanın balanslı siyasət yürütməsi ölkənin bu istiqamətdə müstəqil siyasətini davam etdirməyə şərait yaradır. Əgər Azərbaycan hansısa dünya gücünü, dünya təhlükəsizlik sistemini birmənalı olaraq qəbul etsəydi, bu halda süni surətdə yaradılmış qaydalara uymaq məcburiyyətində qala bilərdi. ##relatedPostMilli##Azərbaycan heç bir bloka qoşulmamaq hərakatının üzvüdür və heç bir qlobal, hərbi bloka üzv deyil. Azərbyacan birmənalı şəkildə nə NATO-ya inteqrasiya xəttini götürüb, nə də Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yaxın perspektivdə də üzvlük gözlənilmir.

Belə bir vəziyyətdə hansısa dünya gücü, hətta İsrail belə Azərbaycandan İranla münasibətləri pozmaq barədə hansısa tələblər edə bilməz. Çünki bütün dövlətlər siyasətlərini yalnız öz geosiyasi maraqları kontekstində qururlar. Azərbaycan da balanslı siyasət kontekstində özünün xarici siyasətini qurub. İranla münasibətlər də bu siyasət çərçivəsinə daxildir. Bu baxımdan hesab edirəm ki, Azərbyacan üçün bu istiqamətdə ciddi məhdudiyyətlər yoxdur”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar