Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Coffeemania” restoranından örnək davranış - Fotolar

“Coffeemania” restoranlar şəbəkəsi bayram günlərində hər kəsə örnək olacaq davranış sərgiləyib

Belə ki, onlar 21 mart - Dünya Daun sindromlular günü münasibətilə bu sindromdan əziyyət çəkən uşaqlar və onların ailələrini sevindirib.

“Coffeemania”nın Əhmədli filialında həmin ailələr bir araya yığılıb. Baş tutan tədbir müğənni və aktrisa Aynişan Quliyevanın ad gününə təsadüf edib.

İfaçı doğum gününü həmin ailələrlə qeyd edərək, “Coffeemania”nın uşaqlara yaratdığı əyləncəyə qoşulub.

Tədbirin aparıcısı Azər Süleymanlı olub. O, Novruz bayramı ərəfəsində restoranlar şəbəkəsinin atdığı bu addımı yüksək qiymətləndirib və məkanın xoş aurası olduğunu söyləyib.

Aynişan isə öz ad gününü daun sindromlu uşaqlar və ailələri ilə qeyd etməkdən məmnunluq duyduğunu dilə gətirib:

“Hər zaman daun sindromlu uşaqlara xüsusi sevgim olub. “Coffeemania” restoranlar şəbəkəsinə belə şərait yaratdığı üçün təşəkkür edirəm”.

Tədbir zamanı vaxtını əyləncəli keçirən uşaqları sevindirən digər məşhur isə müğənni və bəstəkar Murad Arif olub. O, sevilən hitlərini ifa edərək, uşaqları əyləndirib.

“Coffeemania” restoranlar şəbəkəsinin PR meneceri Elnur Əliyev isə belə sosialyönümlü tədbirlərin davamlı olacağını bildirib.

Qeyd edək ki, “Coffeemania” restoranının hazırda “Əhmədli”, “Nəriman Nərimanov” metrostansiyalarının yaxınlığında və Gəncədə yerləşən “Ganja Mall” ticarət mərkəzində fəaliyyət göstərir. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar