Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində qədim məzarda “ölməzlik cövhəri” tapıldı

İki min yaşı olan maye necə hazırlanıb?

Çinin Henan əyalətində arxeoloqların tapdığı qədim məzarda əfsanəvi “ölməzlik cövhəri” olan dolça aşkar edilib.

Strateq.az BBC-yə istinadən bildirir ki, bu cövhər barədə taoizm əfsanələrində dəfələrlə qeyd olunsa da, alimlər indiyə qədər ona rast gələ bilməmişdi. Eramızdan əvvəl 202 – 8-ci illərə təsadüf edən Han sülaləsinə aid olan məzar və oradakı 3,5 litrlik dolça Luoyang şəhərində hələ keçən ilin oktyabrında aşkar olunub. Dolçadakı mayedən yüngülvari alkohol qoxusu gəldiyi üçün alimlər həmin mayenin qədim şərab olduğunu düşünüblər. Lakin keçirilmiş analizin nəticələri göstərib ki, dolçadakı maye Hindistan şorası və zəy daşı məhlulunun qarışığından ibarətdir. Arxeoloji qazıntı işlərinə rəhbərlik edən Pan Fuşen bildirib ki, aşkar edilmiş tapıntı qədim taosizm əfsanələrində insana ölməzlik bəxş edən “can dərmanı” kimi qeyd olunub.

“Bu, Çində əfsanəvi “ölməzlik dərmanı”nın aşkar olunması barədə ilk hadisədir“, – Xinhua agentliyi Luoyang Mədəniyyət və Arxeologiya İnstitutunun direktoru Şi Ciancjenin sözlərini iqtibas edib.

Ölməzlik cövhəri

İki min ildən çox yaşı olan “ölməzlik cövhəri” sarımtıl şəffaf maye kimi görünür. Adətən qədim məzarlarda düyü və qarğıdalıdan hazırlanmış şərab qabları tapıldığından alimlər düşünüblər ki, bu dəfə də qədim şəraba rast gəliblər. Mayeni şüşə qaba töküb təhlil etdikdən sonra isə məlum olub ki, həmin maye alkoqollu içki yox, Hindistan şorası ilə zəy daşı məhlulunun qarışığıdır. Mayenin tərkibində cüzi miqdarda bəzi digər maddələr də aşkar olunub. Hindistan şorası sənayedə geniş istifadə olunur – xüsusilə, fişəng və gübrə istehsalında. Zəy daşı məhlulu isə qarışığı qədim taoizm əfsanələrində mifik “ölməzlik cövhəri” kimi qeyd olunub.

“Ölməzlik cövhəri”, “can dərmanı” kimi məhlulların və maddələrin adı digər qədim mədəniyyətlərdə də çəkilir. Qədim Çin mədəniyyətində belə “dərmanların” tərkibinə qızıl, civə, mərgümüş də əlavə olunub. Lakin alimlər hələ də bu cür cövhərin qədimdə dərman kimi içilməsi və ya mərhumu “o dünyada ölməz etmək üçün” məzarına qoyulması barədə qədim mətnlərə rast gəlməyiblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar