Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çiçək xəstəliyinə bənzər "Alyaskapox" virusundan ilk ölüm halı qeydə alınıb

Alyaskada yaşlı kişi "Alyaskapox" virusundan dünyasını dəyişib. Bu, çiçək xəstəliyinə çox oxşar olan xəstəlikdən ilk ölümdür...

Poliqon xəbər verir ki, bu barədə Alyaska İctimai Media portalı Alyaska Səhiyyə Departamentinə istinadən məlumat yayıb.

"Bu, xəstəxanaya yerləşdirmə və ölümlə nəticələnən ağır "Alyaskapox" infeksiyasının ilk hadisəsidir. Xəstənin immun sistemi çox zəifləmişdi və bu da çox güman xəstəliyin ağırlaşmasına səbəb olub", deyə departament bildirib.

Kenai yarımadasında xərçəng xəstəliyindən müalicə olunan yaşlı kişi virusa yoluxub. Payızda bədənində ağrılı qırmızı papula görüb, bundan sonra ona antibiotiklər təyin edilib. O, noyabr ayında xəstəxanaya yerləşdirilib.

Xəstəxanada yaşlı kişidə çiçək xəstəliyini xatırladan səpgilər əmələ gəlib. Tibbi yardıma baxmayaraq, yaraların sağalması mümkün olmayıb. Onun həmçinin iştahsızlıq, kəskin böyrək çatışmazlığı və tənəffüs problemləri olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, o, evinin yanında yaşayan sahibsiz pişikdən yoluxmuş ola bilərdi. Pişik bir neçə dəfə ona toxunub.

"Alyaskapox" virusu çiçək xəstəliyi kimi, Orthopoxviruses cinsinə aiddir. İlk dəfə 2015-ci ildə mərkəzi Alyaskanın Fairbanks şəhərində bir xəstədə aşkar edilib. O vaxtdan bəri Alyaskada altı nəfər virusa yoluxub. Bütün infeksiya halları heyvanlarla təmasdan sonra baş verib. "Alyaskapox" əsasən xırda məməlilərdə - qırmızı sıçan və siçanlarda rast gəlinir. İtlər və pişiklər də virusu yaya bilər. Virusun insandan insana keçməsinə dair heç bir dəlil yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar