Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov TDT XİN başçılarının X iclasında çıxış edib

3 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxış edib...

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Nazir Ceyhun Bayramov çıxışı zamanı TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.

O, ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların və səfərlərin, eləcə də bütün müstəvilərdə qarşılıqlı dəstəyin göstərilməsinin əməkdaşlığın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Mövcud təhdid və çağırışların aradan qaldırılması kontekstində yaranacaq yeni beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Türk birliyinin əhəmiyyətli rol oynayacağı vurğulanıb.

TDT-yə üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artması ilə yanaşı 2009-cü il Naxçıvan Zirvə Görüşündən etibarən TDT-nin beynəlxalq müstəvidə önəminin də artdığı qeyd edilib.
Bununla yanaşı, TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov öz nitqində, Azərbaycan Respublikası Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündəki çıxışının əsasında nəqliyyat məsələlərinin dayandığını, ölkələrimiz arasında münasibətlərin nəqliyyat və kommunikasiya sahəsində daha effektiv inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Bu xüsusda, regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsinin böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcəyini bildirib.

Onuncu Zirvə Görüşünün “TURKTIME! - Ənənələr, Birləşmə, İslahatlar, Bilik, İnam, Sərmayələr və Qarşılıqlı Enerji!” mövzusunun bugünkü reallığa uyğun seçildiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, həmçinin tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsinin önəmi diqqətə çatdırılıb.

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini vurğulayıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar