Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb

Beynəlxalq Miqrasiya Təşkilatı COP-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır...

Poliqon xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

Qeyd olunub ki, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, o cümlədən cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub: "Nazir Ceyhun Bayramov ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) digər ixtisaslaşmış qurumları ilə olduğu kimi Beynəlxalq Miqrasiya Təşkilatı ilə də sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib. Qarşı tərəf postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma, sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb".

"Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb. Uqoçi Daniels ölkəmizi COP29-a ev sahibliyi münasibətilə təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzu edib. Miqrasiya siyasətinin inkişafı, məcburi köçkünlərin öz torpaqlarına qayıdışının təmininə uğurla nail olan ölkəmizin bu məsuliyyətli tədbirin təşkilində də uğur qazanacağına dair inam ifadə olunub, habelə Beynəlxalq Miqrasiya Təşkilatının da öz növbəsində prosesə mümkün dəstəyi göstərməyə hazır olduğu bildirilib", - məlumatda qeyd olunub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar