Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda Rusiyaya qarşı ABŞ Ermənistanın təhlükəsizliyini təmin edə bilərmi?

Co Baydenin Ermənistanın Baş nazirinə ünvanladığı məktubda təhlükəsizliklə bağlı əməkdaşlığın gücləndirilməsi fikrini irəli sürüb...

Politoloq: “ABŞ prezidenti Co Baydenin məktubu Ermənistanda müəyyən ruh yüksəkliyi doğurub”.

“Onsuz da, bölgədə çox ciddi şəkildə rəqabət gedir. ABŞ, Kollektiv Qərb Rusiyanı bölgədə sıxışdırmaq istiqamətində addımlar atır”.

Bu sözləri politoloq Oktay Qasımov ABŞ prezidentinin Paşinyana göndərdiyi məktubu Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Co Baydenin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı məktubda təhlükəsizliklə bağlı əməkdaşlığın gücləndirilməsi fikrini irəli sürüb.

İrəli sürülən bu fikir ABŞ-ın yeni strateji hədəflərindən biridirmi? Ümumiyyətlə, Vaşinqton Rusiyaya qarşı Cənubi Qafqazda Ermənistan dövlətinin təhlükəsizliyini təmin edə bilərmi?

ABŞ-ın Ermənistan siyasətini Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Hər bir halda bu məktubla ABŞ Ermənistana müəyyən qədər dəstək vermiş oldu”.

Rusiyanın bölgədə mövqeyi zəifləsə də, bütün hallarda Ermənistanda Moskvanın kifayət qədər təsir imkanlarının olduğunu xatırladan politoloq əlavə edib ki, Rusiya bölgədən asanlıqla çıxmaq niyyətində deyil:

“Təbii ki, ABŞ prezidenti Co Baydenin məktubu Ermənistanda müəyyən ruh yüksəkliyi doğurub. Ermənistanda hesab edirlər ki, bu məktubla artıq Rusiyadan uzaqlaşmaq mümkün olacaq və ABŞ Ermənistanı müdafiə edəcək.

Onsuz da, bölgədə ciddi şəkildə çox ciddi şəkildə rəqabət gedir. ABŞ, Kollektiv Qərb Rusiyanı bölgədə sıxışdırmaq istiqamətində addımlar atır. Şübhəsiz ki, ABŞ Cənubi Qafqazda Rusiya ilə rəqabətə girib.

Hər bir halda bu məktubla ABŞ Ermənistana müəyyən qədər dəstək vermiş oldu. Baydenin məktubundan əvvəl də ABŞ Ermənistan üçün hesablanmış addımlar atırdı. Məsələn Ermənistanda olan ABŞ səfirliyinin say tərkibinə baxıldı, eyni zamanda son günlərdə ABŞ-dan Ermənistana olunan yüksək səviyyəli ziyarətlər, o cümlədən hərbi təlimlər ABŞ-ın bölgəyə marağını ciddi şəkildə artdığının bir sübutudur.

Görünən odur ki, proses davam edir. Nəticəsi ilə bağlı indidən nəysə söyləmək çətin olacaq. Rusiyanın bölgədə mövqeyi zəifləsə də, bütün hallarda Ermənistanda Moskvanın kifayət qədər təsir imkanları var. Rusiya bölgədən asanlıqla çıxmaq niyyətində deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Ən çox oxunanalar