Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənub sərhədlərini gücləndirmək üçün Trampdan Bakıya hərbi dəstək – İranla gərginlik olacaq?

Politoloq: “Azərbaycanın özünün hərbi sahəyə ayırdığı pulların müqabilində ABŞ-ın Azərbaycana ayırdığı vəsait o qədər də çox deyil”

ABŞ-dan Aərbaycana gələn hərbi yardımın artmasının əsas səbəbi Azərbaycanın ehtiyacı ilə şərtlənmir. Bu ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün daha çox vəsait ayırması ilə şərtlənir”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu ABŞ Prezidentinin Azərbaycanın cənub sərhəddinin gücləndirilməsi üçün ayırdığı maliyyəni PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Bu barədə Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramı məlumat yayıb.

Ayrılmış 101 milyon 515 min dolların bir hissəsi Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Bura tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir.

Ayrılan məbləğin bir hissəsi isə Xəzərdə təhlükəsizlik məsələlərinə və insan hüquqlarının inkişafına yönəlib.

Ermənistan xəbər saytlarının gündəmini isə ABŞ-ın Azərbaycana etdiyi 100 milyon dollarlıq hərbi yardım paketi təşkil edib. Yardım paketi Ermənistanda narahatlıq yaradıb.

İranla əlaqədar ABŞ-ın Azərbaycana yardımlarının artması Bakı ilə Tehran arasında gərginliyə yol aça bilərmi və Ermənistanın narahatlığının səbəbləri barədə nə demək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “ABŞ-ın Azərbaycana hərbi yardım ayırması ABŞ-dakı erməni təşkilatlarının, erməni konqresmenlərin, o cümlədən Ermənistan dövlətinin açıq şəkildə iflasıdır”.

Son dövrlərdə Ermənistan, həmçinin ABŞ-da ermənipərəst konqresmenlərin Türkiyə mövzusunu bağladıqlarını düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, indi bütün ermənipərəst konqresmenlər, ABŞ-dakı erməni təşkilatları Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanı hədəfə götürüblər:

“Sadəcə olaraq Trampın Azərbaycana pul ayırması Ermənistanı narahat edib. Bu məsələdən İranın narahat olması üçün ciddi heç bir səbəb yoxdur. Çünki Azərbaycanın özünün hərbi sahəyə ayırdığı pulların müqabilində ABŞ-ın Azərbaycana ayırdığı vəsait o qədər də çox deyil. Bizim sərhəd təhlükəsizliyimizin təmini çox iri tutumludur və Azərbaycan dövləti bu xərcin öhdəsindən çox uğurla gəlir.

ABŞ prezidentinin Azərbaycana ayırdığı pul simvolik yardımdır və beynəlxalq terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirdir. Xatırladım ki, 2001-ci ildə ABŞ-dakı 11 sentyabr hadisələri zamanı ABŞ-a dəstək verən ilk ölkə Azərbaycan oldu. Bundan sonra da ABŞ-ın Azərbaycana münasibəti kardinal dəyişdi. Yəni o vaxta qədər 907-ci düzəliş qüvvədə idi.

Qeyd edim ki, ABŞ-dan Azərbaycana gələn hərbi yardımın artmasının əsas səbəbi Azərbaycanın ehtiyacı ilə şərtlənmir. Bu ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün daha çox vəsait ayırması ilə şərtlənir. Yəni ABŞ qlobal miqyasda terrorizmə qarşı mübarizəyə külli miqdarda vəsait ayırıb. Buna görə də Azərbaycana ayrılan nisbət indi daha çox rəqəmlə ifadə olunur.

Mübariz Əhmədoğlu: “Son dövrlərdə Ermənistan, həmçinin ABŞ-da ermənipərəst konqresmenlər Türkiyə mövzusunu bağlayıblar. Çünki onlar türklərə uduzublar”.

İran bu mövzuda aktivlik nümayiş etdirsə, rəsmi Bakı İrana lazımi izahı verə biləcək. Yaxın vaxtlarda İranın Azərbaycanı təxribata çəkmək istədiyin unutmaq olmaz. Yəni İran iddia etdi ki, Qərbi Azərbaycan ostanında, yəni Çaldıran şəhərində terrorçu qruplaşması tapılıb. Guya bu terrorçu qrupu da Azərbaycanın ərazisindən keçib. Rəsmi Bakı bu barədə İranı “başa saldı” ki, həmin terrorçularlar heç bir bağlılığı yoxdur.

Son dövrlərdə Ermənistan, həmçinin ABŞ-da ermənipərəst konqresmenlər Türkiyə mövzusunu bağlayıblar. Çünki onlar türklərə uduzublar və “erməni soyqrım”ını unudublar. İndi bütün ermənipərəst konqresmenlər, ABŞ-dakı erməni təşkilatları ancaq Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanı hədəfə götürüblər.

Onlar çalışırlar ki, Tramp Admistrasiyası ilə Azərbaycanın arasına girsinlər. Amma tam əks nəticə alındı. Tramp Azərbaycana hərbi sahədə yardımı azaltmadı, əksinə hərbi yardımı 2-3 dəfə artırdı. Bu da ABŞ-dakı erməni təşkilatlarının, erməni konqresmenlərin, o cümlədən Ermənistan dövlətinin açıq şəkildə iflasıdır. Buna görə də ermənilər narahatdırlar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar