Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

E qrupunda “Milan” İtaliyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. “Qırmızı-qaralar”a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda “Zaltsburq”un “Milan”a uduzmasını gözləməlidir.

F qrupunda əsas diqqət Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Leypziq” komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhələyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda “Şaxtyor” yoluna Avropa Liqasında davam edəcək.

G qrupunda Almaniyanın “Borussiya” (Dortmund) klubu Danimarkada “Kopenhagen”lə, “Mançester Siti” isə İngiltərədə İspaniya “Sevilya”sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada “Yuventus”, Portuqaliya “Benfika”sı isə İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur

2 noyabr

E qrupu

00:00. “Çelsi” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya)
00:00. “Milan” (İtaliya) - “Zaltsburq” (Avstriya)
Xal durumu: ”Çelsi” - 10, “Milan” - 7, “Zaltsburq” - 6, “Dinamo” - 4

F qrupu

21:45. “Real Madrid” (İspaniya) - “Seltik” (Şotlandiya)
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Leypziq” (Almaniya)
Xal durumu: ”Real Madrid” - 10, “Leypziq” - 9, “Şaxtyor” - 6, “Seltik” - 2

G qrupu

00:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Mançester Siti” (İngilttərə) - “Sevilya” (İspaniya)
Xal durumu: ”Mançester Siti” - 10, “Borussiya” - 8, “Sevilya” - 5, “Kopenhagen” - 2

H qrupu

00:00. “Yuventus” (İtaliya) - PSJ (Fransa)
00:00. “Makkabi” (Hayfa, İsrail) - “Benfika” (Portuqaliya)

Xal durumu: PSJ - 11, “Benfika” - 11, “Yuventus” - 3, “Makkabi” - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Ən çox oxunanalar