Cəlilabad rayonunda bədbəxt hadisə baş verib...
Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info