Cəlilabadda iki avtomobil toqquşub...
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobili "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki qadının xəsarət aldığı bildirilir.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info