Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: "Demişəm ki, yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər"

"Belçika ilə oyundan sonra demişəm ki, yalnız axmaq və ağılsız adamlar inkişafımızı görə bilməzlər"...

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunundan (0:5) sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis eyni sözləri İsveçlə qarşılaşmadan sonra da dediyini vurğulayıb.

Tənqidlərlə razılaşmayan 67 yaşlı çalışdırıcının fikrincə, milli onun rəhbərliyi altında uğurlu çıxış edib: "İsveçlə matçdan sonra nə demişdimsə, Belçika ilə görüşün ardından da həmin fikirləri səsləndirmişdim. Belçika və Avstriyaya 0:1 hesabı ilə məğlub olduğumuz oyunlarda rəqiblərə qarşı böyük performans sərgiləmişdik. Bunu dayandırın".

Canni De Byazi millidəki gələcək taleyi ilə bağlı sualı isə cavabsız qoyub.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan yığması 7 xalla 4-cü yeri tutub. Canni De Byazinin müqaviləsinin müddəti noyabrın sonuna qədərdir. Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında onunla bağlı qərar qəbul olunacaq.

Poliqon.info


Etiket: Canni De Byazi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar