Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canavar dişləməsi ilə Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti normaldır


Onlardan biri 4 aylıq hamilədir


Ötən gecə canavar dişləməsi ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirilən 4 şəxsin vəziyyəti normaldır. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev APA-ya açıqlamasında deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib. Onların tam nəzarətdə olduqlarını deyən baş həkim qeyd edib ki, xəsarət alanların vəziyyəti normaldır və həyatı təhlükələri yoxdur: “Quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 1995-ci il təvəllüd Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızıl, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı  və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar. Onların heç bir şikayətləri yoxdur və vəziyyətləri normaldır”.
 
İ.Əliyev qeyd edib ki, xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub.
 
Qeyd edək ki, Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub və ailənin 4 üzvünü yaralayıb.
 
Canavar yaralananlardan biri Vüsal Şahmarov tərəfindən öldürülüb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar