Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Ekspert

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək”...

PİA.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert yardım paketinin kimlərə şamil olunacağını və hansı illərin təhsil haqqının ödəniləcəyini açıqlayıb:

“Kimdir bu həssas əhali qrupu?

Sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupu – əlillər və onlara bərabər tutulan şəxslər sosial həssas qrup hesab olunur.

Yəni, özü və ya valideyinləri hansısa əlillik qrupuna daxil olursa, onların özləri, övladları və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər.

Deyəcəksiniz ki, onsuz da əlillər prezidentin sərəncamı ilə təhsil haqqından azad edilib. Bəli, elədir, amma 1 və 2 ci qrup əlil, valideynlərindən birini itirmiş, digəri isə əlil olmuş uşaqlar təhsil haqqından azad edilmişdi. İndi isə bu, vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunacaq.

Belə ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2-ci semestr təhsil haqqını ödəməyibsə, onun qalan təhsil haqqı borcu ödənəcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır.

Hətta 2020-2021-ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək.

Nəzərə alsaq ki, bu məqsədlə 40 milyon manat ayrılıb, bu da yetərli məbləğdir”. (Qaynarinfo.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar