Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu qidalar əhval-ruhiyyəni pisləşdirir

Həkimlər hansı qidaların əhval-ruhiyyəni pisləşdirdiyini açıqlayıblar...

Poliqon lent.az-a istinadən bildirir ki, bəzi qidaların istifadəsi emosional tükənməyə səbəb ola bilər.

Bir sıra qidalar və içkilər var ki, onlar sevinc hormonu olan serotonin səviyyəsini aşağı salır. Serotonin bədən funksiyalarının tənzimlənməsində və bərpasında, əhval-ruhiyyənin, yuxunun, sümüklərin sağlamlığının, qanın laxtalanmasının, həmçinin yaddaşın yaxşılaşdırılmasında mühüm rol oynayır.

Bu zərərli qidalardan biri də doymamış yağlar olan və bir çox qidalarda olan trans yağlardır. Bu cür yağlar insan sağlamlığına və əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Bu səbəbdən nevroloqlar rahat qidaları, duzlu qəlyanaltıları, çipsləri və kartofu qida rasionunuzdan xaric etməyi yaxud məhdudlaşdırmağı tövsiyə edirlər.

Kolbasa və ət konservləri kimi işlənmiş qidaların həddindən artıq istehlakından çəkinmək lazımdır. Çünki onlar həzm sisteminin sağlamlığına mənfi təsir göstərir. Sevinc hormonu serotoninin çoxu bağırsaqlarda istehsal olunur.

Spirtli və qazlı içkilər də ehtiyatla istehlak edilməli yaxud istehlakı məhdudlaşdırmalıdır. Həddindən artıq spirtli içki istehlakı depressiyaya və qaraciyər problemlərinə səbəb ola bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Beyləqanın icra başçısı kollektivə təqdim olunub

Ən çox oxunanalar