Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu ixtiyarı sizə heç kim verməyib” – “Ayıbdır, vallah!”

“Müalicə müəssisəsində hər gün müxtəlif təbəqənin nümayəndələri ilə görüşürük, söhbət edirik və onların şikayətini dinləməli oluram. Birinci olaraq, müəllimlərin və onların əsasında öz düşüncələrimi bölüşüm. Müəllimlərin sertifikatlaşdırılması və onların təhsildən uzaqlaşdırılması ilə bağlı ciddi narahatlığımı ifadə etmək istəyirəm.

Kəsib atmaq, doğrayıb-tökmək, uçurmaq, əzmək, yıxmaq və dağıtmaq dünyada ən asan işlərdir. Gəlin asanın dalınca qaçmaq yolunu yox, qurub-yaratmaq yolunu tutaq. Müstəqilik dövrünün ilk illərinin gətirdiyi və yaratdığı bütün günahları da ancaq və ancaq vətəndaşların üzərinə atmayın, cənablar”.

Pravda.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu gün iş üçün müraciət edən 30 yaşlı şəxsə az qalırlar desinlər ki, yaşın çoxdur: “İndi siz indi orta yaşlı müəllimi çıxdaş etməklə onun bütün dünyasını yıxmış olursunuz. O, haradan iş tapacaq? Pensiya almağa getsə, kişilərə deyəcəklər ki, 65 yaşın yoxdur, qadınlarda da 63 yaş 6 ay tamam olmayıb”,-deyə o bildirib.

Deputat çıxış yolunu göstərib:

“Sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edin. Qoy biliklərini, metodoloji və pedaqoji bilik və bacarıqlarını artırsınlar. Niyə kəsib atırsınız? Niyə ən asan yolu seçirsiniz? Bu ixtiyarı sizlərə heç kim verməyib. Sizə deyilib ki, nizam-intizam, qayda-qanun və yüksək təhsil qurun. Kim ki, dərs almayacaq, hazırlaşmayacaq, kurslara gəlməyəcəksə, o zaman buyurun qərarınızı verin.

Eşidin təklifləri, eşidin səsləri, eşidin narazılıqları, eşidin təhsillə bağlı danışanları! Hamını qulaqardına vurmaq, saya salmamaq, dinləyib öz bildiyini etmək yaxşı hal deyil. Heç kim "universal soldat" deyil. Gərək bir-birimizi eşidək və normal təkliflərə də açıq olaq. Hər kəs öz bildiyini həqiqət və doğru yol bilib edərsə, ölkə xaos olar ki.

Bu günə qədər onlarla dəfə təhsillə bağlı ağrılı məsələlərə fikir bildirmişəm və tribunadan sələndirmişəm. Bu qədər laqeyd və soyuq olmayın. Sonra özünüz yaratdığınız problemlərin altında qala bilərsiniz”.

Deputat digər təkliflərini də səsləndirib:

- Müəllimlərin sertfikatlaşdırılması zamanı uğursuzluğa düçar olan müəllimləri təkrar əlavə kurslara və təlimlərə cəlb edin.

- Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən şəxslərin diplomunu tanıyın. Bir daşı daş üzərinə qoyanda yüz nəfər tökülür, necə olur ki, şəhərin mərkəzində on il fəaliyyət göstərib diplom paylayan ali təhsil məktəblərini görən olmayıb?

- Standartlara uyğunluğu əsas gətirib ianə ilə tikilən məktəb, uşaq bağcası və digər oxşar tikintilərin yolunu açın. Siz deyən standartlarda heç 3-4 faiz tikili yoldur. Ona fokuslaşsaq, gərək bir əsr də gözləyək. Ayıbdır, vallah!

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar