Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda ÜDM artımı kəskin aşağı düşüb - Səbəblər...

2023-cü ildə Azərbaycanda ÜDM artımı 0.8 faiz civarında olub...

İqtisadçı-ekspert: “2015-ci ildən hökumət qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Amma görünən odur ki, istənilən temp əldə olunmayıb”.

“Qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etdirilməməsinə hökumətin iqtisadi uğursuzluğu kimi baxmaq olar”.

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Azərbaycanda ÜDM-ın artımının kəskin aşağı düşməsini Poliqon-a şərh edərkən qeyd edib.

2023-cü ildə Azərbaycanda ÜDM artımı kəskin aşağı düşüb və 0.8 faiz civarında olub. Bu Ermənistan və Gürcüstanla müqayisədə şox aşağı göstəricidir. O cümlədən MDB məkanında da ən aşağı göstərici Azərbaycanda müşahidə olunur. Hətta total sanksiyalara məruz qalan Rusiya və Belarusda belə iqtisadi artım Azərbaycandan yüksəkdir.

Bunun obyektiv və subyektiv səbəbini nəylə izah etmək olar? ÜDM-ni azalmasında hökümətin iqtisadi siyasəti hansısa rol oynayıbmı və hansı problemlər iqtisadi artımı bu şəkildə əngəlləyir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli: “Qeyri-neft sektorunda artma iki halda ola bilər. Birincisi, idxalı əvəzləməklə qeyri-neft sektoru inkişaf edə bilər. İkinci, ixraca yönəlik addımlar atılmalıdır. İdxalı əvəzləmək də səmərəli iqtisadiyyat yaratmır, ixracı da istədiyimiz qədər artıra bilmirik”.

Gələn il üçün qeyri-neft sektorunun daha surətlə artması barədə yaxşı proqnozların verildiyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə, gələn il iqtisadiyyatın 3-3,5 faiz artacağı gözlənilir:

Azərbaycanda ÜDM artımı kəskin aşağı düşməsinin bir neçə səbəbi var. Azərbaycanda ümumdaxili məhsul iki hissədən ibarətdir. Bunlar neft və qeyri-neft sektorudur. ÜDM-in azalmasının səbəbi də neft sektorundakı azalmadır qeyri-neft sektorundakı artımı da aşağı dartıb. Belə ki, 11 ay ərzində neft-qaz sektorunda 1,6 faiz iqtisadiyyat daralıb, qeyri-neft sektoru isə 2,3 faiz artım ümumlikdə 0,8 faiz artıma gətirib çıxarıb.

Bəs niyə neft-qaz sektorunda bu qədər azalma, qeyri-neft sektorunda isə bu qədər artma olmasına cavab verim. Neft sektorunda azalmanın əsas səbəbi ondan ibarətdir ki, neft hasilatı azalır və bunun qarşısını ala bilmirik. Yeni neft yataqları yoxdur və bu azalma da gözlənilən idi.

Neft-qaz sektorunda da hasilatın artmasına baxmayaraq dünya bazarında qiymətlər düşüb. Misal üçün keçən il daha böyük rəqəmlər var idi, nəyinki bu il. Keçən ilə görə bu il neft-qaz qiymətləri 7-8 dəfə aşağı düşüb. Buna görə də bizim ixrac gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Baxmayaraq ki, 11 ay ərzində 24,4 milyard kub metr qaz ixrac edilib, cəmisi 12,8 milyard dollar gəlir əldə edilib. Keçən il isə 11 ay ərzində 18,7 milyard kub metr qaz ixrac edilmişdir, 14,8 milyard gəlir olmuşdu. Yəni hasilat və ixracatın 5,7 milyard kub metr artmasına baxmayaraq gəlir 2 milyard aşağı düşüb.

Xalid Kərimli: “Bu artım təbii ki, istədiyimi və gözlədiyimiz səviyyədə deyil. Çünki insanların maddi rifahı yaxşı deyil, əmək haqqları əhəmiyyətli surətdə artmayıb”.

Bildiyimiz kimi, 2015-ci ildən hökumət qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Amma görünən odur ki, istənilən temp əldə olunmayıb. Qeyri-neft sektorunda artma iki halda ola bilər. Birincisi, idxalı əvəzləməklə qeyri-neft sektoru inkişaf edə bilər. İkinci, ixraca yönəlik addımlar atılmalıdır. İdxalı əvəzləmək də səmərəli iqtisadiyyat yaratmır, ixracı da istədiyimiz qədər artıra bilmirik. Nəticə etibarilə də, qeyri-neft sektorunun artımı surətli deyil.

Gələn il üçün qeyri-neft sektorunun daha surətlə artması barədə yaxşı proqnozlar verirlər. Ümumiyyətlə, gələn il iqtisadiyyatın 3-3,5 faiz artacağı gözlənilir. Təbii ki, qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etdirilməməsinə hökumətin iqtisadi uğursuzluğu kimi baxmaq olar. Amma məsələ budur ki, bu istiqamətdə addımlar atılır və gözlənti budur ki, böyüyəcək. Amma bu artım təbii ki, istədiyimi və gözlədiyimiz səviyyədə deyil. Çünki insanların maddi rifahı yaxşı deyil, əmək haqqları əhəmiyyətli surətdə artmayıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar