Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il 300 subartezian quyusu qazılacaq


Bu il 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyusu qazılaraq istifadəyə veriləcək


APA-nın məlumatına görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bunu "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır" başlıqlı məqaləsində qeyd edib.

Ə. Əhmədzadə 2018-ci ildə respublika üzrə 1447 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsinin nəzərdə tutulduğunu bildirib: "Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi nəzərdə tutulub. Bununla yanaşı, çay məcralarında 10,3 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılacaq, 10 min kubmetr şaxdaş, faşın və qabion bəndlər quraşdırılacaq, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmdə möhkəmləndirmə işləri, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri və daş-beton bəndlərdə 18 min kubmetr təmir işləri yerinə yetiriləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar