Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün "Gəncə işi" üzrə ilk məhkəmə başlayır

Gəncə Ağır Cinayətlər Məhkəməsində 11 nəfərin mühakiməsinə hazırlıq iclası olacaq, daha 19 nəfər məhkəməni gözləyir...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər - Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Onların 10 iyul aksiyasında iştirakda ittiham olunduğu deyil.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası saat 14:00-da başlayacaq.

Cinayət işində 17 zərərçəkmiş var.

“Yeni Müsavat” bildirir ki, hakim Məhəmməd Bağırovun icraatlarına verilən məhkəmədə isə 8 nəfər şəxs - Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizov ittiham olunurlar.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfər şəxsin məhkəməsi isə Dadaş İmanovun icraatına verilib.

Bir neçə maddə ilə ittiham edilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Əli Rzayev, Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev, Xəyal Qafarov və Qadir Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Xatırladaq ki, iyulun 3-də saat 20:30-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib. Cinayəti törətmiş 1983-cü il təvəllüdlü Yunis Səfərov dərhal saxlanılıb və hadisə yerində olan polis əməkdaşları tərəfindən tərk-silah edilib.

10 iyulda isə Gəncədə 150-200 nəfərdən ibarət olan dini radikallar qrupu tərəfindən təşkil edilmiş qarışıqlıq zamanı qiyamçıların əllərindən iki polis zabiti - Gəncə Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Gəncənin Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov həlak olublar.

Rəşad Böyükkişiyev

Sonrakı günlərdə aparılan operativ-istintaq tədbirləri ilə bu cinayətləri törədənlərdən biri-Fərrux Qasımov həbs olunub. Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən digər şəxsin-Rəşad Böyükkişiyevin gizləndiyi yer də müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Amma əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Ötən il sentyabrın 28-də baş prokuror Zakir Qaralov bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.(“Yeni Müsavat”)

pia.az


Etiket: Gəncə işi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ən çox oxunanalar