Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu film İbrahimbəyovun içindəki “balaca adamı” ortaya çıxardı”


“Rüstəm İbrahimbəyov deyib ki, çoxu filmə baxmadan danışır. Allahına şükür eləsin ki, baxmayıb danışırlar, baxsalar, gərək onu daha sərt tənqid edələr”


Bu sözləri APA Holdinqin prezidenti Vüsalə Mahirqızı özünün facebook hesabında yazıb.

Kinodramaturq Rüstəm İbrahimbəyovun son günlər müzakirə olunan bədnam filmi ilə bağlı yazdığı statusda V.Mahirqızı bildirib: “Şəxsən mənim üçün məsələ o deyil ki, İbrahimbəyov belə film çəkib. Əkrəm Əylisli kimi milli kolorotli hesab olunan yazıçının elə əsər yazmasından sonra İbrahimbəyov kimi "beynəlmiləlçinin" belə ssenari yazmasına təəccüblənmədim; necə olsa, bunu "fərqlənmə üsuluna" çeviriblər, deyəsən.

Acı gülüş doğuran məhz o "beynəlmiləlçilik" məsələsidi. Özünə "bəşəri" deyən, milli hissi "dar çərçivə" hesab edən adam bu cür məhəlli düşünməməlidi. Azərbaycanlının ermənini, erməninin azərbaycanlını döyməsi səhnəsinin üstündə film çəkib, rasizmi təbliğ eləyib, bununla "qəhrəman" olmaq istəyi çox ibtidaidi”.

APA Holdinq prezidenti daha sonra yazır: “Azərbaycanlı olmaq, milli davamız, haqlı olduğumuz bir davada bu millətə məxsus soyadı daşıyıb bu davaya qarşı çıxmaq və s... bunların hamısını bir kənara qoyuram. Filmdəki qərəz, yalan epizodları da müzakirə etmirəm. Bədiyyat gücünə verək bunu da, halbuki, elə olmadığını hamımız bilirik. Amma adamdan soruşarlar ki, ilin-günün bu vaxtı, qloballaşmadan, bəşərilikdən danışıb, pafos saçıb, adamları (obrazları) mənsub olduqları xalqlara görə bir-birinə döydürmək nəydi, ay ağsaqqal? Bu qədər rasist yanaşmayla Nobel iddiası-filan ayıbdı axı. Məni bu filmdə iyrəndirən əsas məqam budu.

Milli məsələlər, xalqın aşağılanması məsələsini ona görə yazmıram ki, mən İbrahimbəyovu heç vaxt milli adam hesab eləməmişəm. Açığı, mədəniyyət adamı və fərd kimi milli olub-olmamağı da mənim üçün əhəmiyyət daşımır heç. Mədəniyyət adamı kimi normal beynəlmiləlçi olsaydı, bu cəmiyyətin xeyrinə olardı hətta. "Qafqaz üçlüyü" İbrahimbəyovun içindəki "balaca adamı" ortaya çıxarıb. O filmdə üstünlük verilənin azərbaycanlı, gürcü və ya erməni olması milli maraq baxımından, bir xalq kimi bizi maraqlandıra bilər. Amma özünü "beynəlmiləlçi", "xalqlar dostluğuna töhfə verən" kimi təqdim eləmək istəyən biri üçün xalqları bu cür üz-üzə qoymaq, bir xalqı aşağılamaq, tamamilə mənfi, qeyri-tolerant obrazda təqdim eləmək ideyasıyla film çəkmək iflasdı, fiaskodu. Necə ki, antimilli düşüncə ilə siyasətə qarışması həm İbrahimbəyovun, həm də onu dəstəkləyənlərin fiaskosu oldu. Eynilə də obrazlarını milli mənsubiyyətinə görə "döydürməsi" və "döyməsi" "beynəlmiləl düşüncədə olduğunu", kosmopolitliyini sırımaq istəyən ssenarist İbrahimbəyovun fiaskosu oldu”. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar