Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu, bütün media üçün ciddi xəbərdarlıqdır - Qulu Məhərrəmli

Dünən mətbuatda “2 oğul itirmiş ananın faciəsi” kontekstində məlumatların tirajlanması insanları həssas dönəmdə daha da narahat etdi. Məlumatın saxta olması bəzi insanlarda məlumatın düz olmadığına sevinmə hissi yaratsa da, şok effekti də göstərdi.

PİA.az-ın məlumatına görə, teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, baş verən hadisə ciddi təəssüf doğurub:

“Çünki formal baxımdan jurnalistlərin çox gözəl niyyəti var. Yəni darda olan insanı, övlad “itkisi” yaşayan şəxsi efirə çıxarır. Bu, yaxşı niyyətdir, amma təəssüf ki, bu niyyəti reallaşdırma prosesində acı nəticə ortaya çıxıb. Bu, əlbəttə ki yolverilməzdir, amma burada jurnalistlərə bəraət qazandırılan məqamlar var. Onlar qadının evinə kiminsə vasitəsi ilə gəlib, psixoloq həkim təqdim edib. Onlar da ona inanır, amma nəticədə məlum olur ki, bu, tamamilə saxta, ruhi-xəstə olan bir adamdır. O qadın jurnalistlərin etimadından istifadə edib, televiziya üçün də ciddi problem yaradıb. Baxmayaraq ki televiziyanın aparıcıları kifayət qədər təcrübəli insanlardır. Bu, bütün media üçün ciddi xəbərdarlıqdır. Biz jurnalistikanın qızıl normalarına, onun əlifbasına ciddi riayət etməliyik. Efirə çağırdığımız insanı dəqiq tanımalı, bilgi əldə etməliyik. Bundan sonra onun dediyini tamaşaçılara çatdırmalıyıq. Ümumiyyətlə indiki kövrək vəziyyətdən, medianın insanların problemlərini önə çəkmək niyyətlərindən sui-istifadə edən çoxlu sayda şəxslər var. Biz işimizi elə qurmalıyıq ki, belə insanların tələsinə düşməyək”.

"Həmişə deyirik ki, informasiya almaqla qanun işləməlidir. Dövlət qurumları və strukturları jurnalistlərin təcili sorğularına cavab verməlidir. Belə hallar olanda dəqiqləşdirmək üçün mütləq dövlət qurumu ilə məsləhətləşib, məsələnin dəqiqliyini yoxlamalısan. Təəssüf ki, jurnalistlər bu imkandan məhrumdurlar. Onların işində ən ciddi problemlərdən biridir", - professor əlavə edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar