Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın nüvə sualtı qayığı Atlantik okeanında az qala batırmış...

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Trident 2” ballistik raketləri daşıyan “Vanqard” sinfinə aid nüvə sualtı qayığı dərinlikölçənlərindən birinin nasazlığı nəticəsində az qala batırmış...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi məlumat yayıb. Nəşrin məlumatına görə, sualtı qayıqda 140 nəfər heyət üzvü olub.

“The Sun” yazır ki, Britaniya sualtı qayığı Atlantik okeanında patrul xidmətinə hazırlaşarkən dərinlik sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq az qala “təhlükə zonasına” daxil olub. Sualtı qayığın arxa tərəfində olan mühəndislər ikinci dərinlikölçəndən istifadə edərək, cihazda nasazlığı görüblər və həyəcan siqnalı veriblər.

Nəşr “təhlükəsizlik baxımından” hansı dalış dərinliyindən və sualtı qayıqdan bəhs etdiyimizi dəqiqləşdirməyib. “The Sun”un Hərbi Dəniz Qüvvələrindəki mənbəsi Britaniya komandanlığının hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.

“Biz əməliyyatları şərh etmirik. Bizim sualtı qayıqlarımız milli maraqları qoruyaraq bütün dünyada yerləşdirilməyə davam edir”, deyə “The Sun”un həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada cəmi dörd “Vanguard” sinifli nüvə sualtı qayığı var. Onların hamısı “Trident” nüvə ballistik raketləri ilə silahlanıb. Dörd sualtı qayıqdan yalnız ikisi hazırda fəliyyətdədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar