Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalılar “Breksit” sonrası “qiyamət”ə hazırlaşır  

Avropa Birliyi Şurası Böyük Britaniyanın İttifaqdan ayrılması ilə bağlı sazişi təsdiq etikdən sonra britaniyalılar artıq ərzaq məshullarının strateji ehtiyatları barədə düşünməyə başlayıblar

“BBC” Yeni il qabağı Böyük Britaniya mağazalarında dəhşətli izdihamın yaşanacağını bildirib.

Əgər “Breksit”dən sonra Böyük Birtaniya və Avropa Birliyi arasında yenidən gömrük postları qurulsa, bu qitədən gətirilən təzə ərzağın ən azı 40%-nə təsir göstərəcək. Britaniyalıların böyük əksəsiyyəti hələ ki vəziyyətin nə ilə nəticələnəcəyini bilmirlər. Amma 2%-i indidən böyük həcmdə konfet, fransız şirniyyyatları, şokoladlar, şampunlar alaraq özlərini “sığortalamağa” başlayıb.

“Facebook”da isə “Birlikdə hazırlaşaq” proqramı altında 2500 nəfərlik qrup yaradılıb. Qrupun məqsədi əhalini “Breksit”lə bağlı çətinliklərə hazırlaşdırmaqdır.

Britaniyalıların əksəriyyəti burada ölüm-qalım məsələsi görməsələr də, artıq aldıqları komfort qidalanmanın əllərindən gedəcəklərini bilirlər. Onlar bu zamana qədər alışdıqları sevimli məhsullarının mağazalardın piştaxtalarından yoxa çıxacağından qorxaraq indidən alış-verişə başlayıblar. Buraya fransız bordo şərabları, Belçika şokoladları, italyan parmezan pendirləri, olduqca keyfiyyətli ispan pomidorları, zeytun yağları və s. daxildir.

Hökumət isə hələ ki, Böyük Britaniyanın ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə olduğunu elan edərək əhalini sakitləşdirməklə məşğuldur. Onlar tədarükçülərin “Breksit”dən sonra da adadan ayaqlarının kəsilməyəcəyini bildirirlər.

Hər halda müəyyən problemlərin olacağı da istisna eidlmir. Məsələn, Duvr limanından ölkənin əsas ticarət marşrutu üzrə gündə 10 mindən ədəddən çox iri həcmli yük maşını keçir. Onların əksəriyyəti ərzaq məhsulu daşıyır. Yalnız sitrus bitkiləri gündə 300 uzun, büyük yük maşını ilə daşınır. İndi gömrüyün yenidən peyda olması onların işinə ciddi əngəl törədə bilər.

Bu səbəbdən bir sıra iri supermarketlər indidən “1 nömrəli hazırlıq” elan ediblər. Məsələn, “Majestic Wine” spirtli içkilər şəbəkəsi əlavə olaraq 1 milyon butulka fransız, ispan və italyan şərabı alıb.

Bundan başqa, “Breksit” nəticəsində yarana biləcək ərzaq çatışmazlığının ölkədə qiymətlərin artımına səbəb olacağı şübhəsizdir.

Geriyə isə “Breksit” ə səs verən 51% britaniyalının hansı ağılla belə qərar verdiyinə təəccüb etmək qalır.(musavat.com)

pia.az


Etiket: Breksit Britaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar