Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada yeni baş nazirin seçimi ilə bağlı səsvermə başa çatıb

Partiyanın yeni liderinin və Böyük Britaniyanın yeni Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq...

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin Baş nazirinin seçilməsi ilə bağlı səsvermə başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, müxtəlif hesablamalara görə, sayı 160 mindən 200 minə qədər olan partiya üzvləri ənənəvi olaraq ya poçtla, ya da onlayn qaydada səs verə bilərdi.

Partiya üzvlərinə seçki bülletenləri olan məktublar avqustun 1-dən göndərilməyə başlanıb, bazar günü səslər hesablanacaq. Partiyanın yeni liderinin və Böyük Britaniyanın yeni Baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq. Bu postlara Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak namizəddir. İctimai rəy sorğularına əsasən, rəqibini təqribən 30 faiz səslə qabaqlayan L.Trass aşkar favoriti hesab olunur.

Yeni Baş nazir vəzifəsinin icrasına rəsmi olaraq Böyük Britaniya kraliçası II Elizabet ilə görüşdən sonra sentyabrın 6-da başlayacaq. 96 yaşlı monarx bu dəfə hakimiyyəti dövründə ilk dəfə olaraq yeni Baş naziri Bukingem sarayında deyil, adətən yayın ikinci yarısını və sentyabrın əvvəlini keçirdiyi Şotlandiyadakı Balmoral qəsrində təsdiq edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Ən çox oxunanalar