Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boeing-i ittiham edən mühəndisin meyiti tapılıb: İntihar, yoxsa qətl?..

Şirkətin standartları ilə bağlı narahatlıqlarını ifadə edən Boeing-in keçmiş keyfiyyət mühəndisi Con Barnett ölü tapılıb...

Poliqon xənbər verir ki. bu barədə The Daily Mail nəşri məlumat yayıb.

Boeing-də 32 il çalışmış mühəndis iddia edib ki, şirkət keyfiyyətsiz hissələrdən istifadə edib və bəzi hallarda onları sözün həqiqi mənasında ölüxana konteynerlərindən çıxarıb.

Vəkilin sözlərinə görə, 62 yaşlı Con Barnett bundan əvvəl istintaqa ifadə verib. Cümə günü, martın 8-də o, çarpaz dindirmədə iştirak etməli imiş. Lakin Con Barnet təyin olunmuş vaxtda gəlməyib və əlaqə saxlamayıb. Daha sonra o, Cənubi Karolina ştatındakı bir otelin dayanacağında öz avtomobilində ölü tapılıb. Polis bildirib ki, Barnett intihar edib, lakin istintaq davam edir.

Martın 10-da The Wall Street Journal (WSJ) xəbər verib ki, ABŞ Ədliyyə Nazirliyi yanvarın əvvəlində Boeing təyyarəsində təzyiqin azalması ilə bağlı araşdırma aparır. WSJ-nin məlumatına görə, ABŞ Nəqliyyat Departamentinin rəsmiləri son həftələrdə Boeing-in əsas istehsal bazasının yerləşdiyi Sietldə işləyən Federal Aviasiya Administrasiyasının əməkdaşlarını dindirirlər.

Yanvarın 6-da Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsi pəncərənin partlaması və gövdə parçasının yerindən çıxması nəticəsində Portlenddə məcburi eniş edib. Fevralın əvvəlində ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası fövqəladə çıxış lyukunun tıxacının düzgün bağlanmadığını və bunun təzyiqin azalmasına səbəb olduğunu açıqlayıb. Hadisədən bir neçə gün sonra Boeing 737 MAX təyyarələrinin kütləvi yoxlanılması zamanı onların bir çoxunda lyukların qapaqlarının düzgün quraşdırılmadığı məlum olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyi layihəsinin icrasını davam etdirir

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Ən çox oxunanalar