Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT TŞ Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib - Yenilənib

BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib...

APA xəbər verir ki, qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub. Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.

Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.

Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

***

BMT Təhlükəsizlik Şurası Qəzzada "dərhal" atəşkəs haqqında yeni qətnamə layihəsini səsə qoymağa hazırlaşır.

APA AFP-yə istinadən xəbər verir ki, yeni qətnamənin mətnində müsəlmanların davam edən müqəddəs Ramazan ayı üçün "dərhal atəşkəs tələb edilir" və bunun "daimi davamlı atəşkəsə gətirib çıxaracağı" qeyd olunur.

Qətnamə layihəsi, həmçinin "bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə miqyaslı humanitar yardımın göstərilməsi qarşısındakı bütün maneələrin aradan qaldırılmasını" tələb edir.

Anonimlik şərti ilə AFP-yə danışan diplomatların sözlərinə görə, mətn vetodan yayınmaq üçün ABŞ ilə birlikdə işləyən Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən irəli sürülür.

"Son dəqiqədə qətnamənin qəbul ediləcəyini və Birləşmiş Ştatların onun əleyhinə səs verməyəcəyini gözləyirik", - diplomatlardan biri AFP-yə deyib.

Xatırladaq ki, ötən cümə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzv olan Rusiya və Çinin ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub.

Qətnamədə mülki əhalini qoruyacaq və Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verəcək təxminən altı həftə davam edəcək "dərhal və davamlı atəşkəs" tələb olunurdu və HAMAS-ın oktyabrın 7-də dağıdıcı hücumu pislənirdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

Ən çox oxunanalar