Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: Qəzzalıların gündə minimum 50 litr əvəzinə 3 litr suya çıxışı var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insanın ən əsas ehtiyaclarını ödəmək üçün gündə 50 litrdən 100 litrə qədər suya ehtiyacı var...

Poliqon xəbər veri ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, Qəzza zolağında adambaşına düşən orta su istehlakı gündə 3 litr təşkil edir.

OCHA Qəzzada ardıcıl doqquz gün elektrik kəsildiyini bildirib. Təşkilata görə, yerli xəstəxanalar “dağılmaq ərəfəsindədir”, bəzi əməliyyatları dayandırmağa, qaranlıqda işləməyə və liftlərdən istifadəni məhdudlaşdırmağa məcbur olurlar. ÜST tibb müəssisələrinə 59 hücum qeydə alıb, nəticədə onlardan 26-sı zədələnib, 16 tibb işçisi də həlak olub, 20-dən çoxu yaralanıb.

BMT agentliyi bildirir ki, qrunt sularından su hasilatı münaqişənin kəskinləşməsindən əvvəlki səviyyənin 5%-dən azdır. Yanacaq çatışmazlığı, təhlükəsizlik problemləri və yolların zədələnməsi əksər ərazilərdə suyun verilməsi işlərinin dayanmasına səbəb olub.

“Suyun miqdarı son dərəcə məhduddur, bu da dehidrasiya riskinə və insanların içməyə uyğun olmayan suyu istehlak etməsinə səbəb olur. Əsas qidaların kommersiya ehtiyatları azalır, mağazalarda yalnız bir neçə gün davam edəcək qədər ehtiyat var. Bir çox çörək zavodları artıq fəaliyyət göstərmir... Qəzza zolağında yalnız beş dəyirmandan biri fəaliyyət göstərir”, deyə OCHA-nın hesabatında deyilir.

Xatırladaq ki, oktyabrın 7-dən İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə gedir.

Poliqon.info


Etiket: BMT Qəzza Su Ehtiyac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar