Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Qəzza zolağına humanitar yardım üçün 100 milyon dollar toplayıb

BMT Qəzza zolağında fələstinlilərə humanitar yardım üçün lazım olan 294 milyon dolların üçdə birindən çoxunu artıq toplayıb...

Poliqon xəbər veriir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib. Ofisdən verilən məlumatda qeyd edilir ki, BMT Qəzza zolağında fələstinlilərə humanitar yardım üçün lazım olan 294 milyon dolların üçdə birindən çoxunu artıq toplayıb. Qeyd edilib ki, təmiz içməli suyun olmaması, eləcə də təhlükəli mənbələrdən suyun istehlakı Qəzzada ciddi problem olaraq qalır.

OCHA-nın məlumatına görə, artıq Qəzzaya çatdırılan humanitar yardıma xəstəxanaların və su obyektlərinin enerjisi üçün çox ehtiyac duyulan yanacaq daxil edilməyib. Departamentdən bildirilib ki, artıq 12 xəstəxana və 46 ilkin tibbi yardım klinikası zədə və ya elektrik enerjisi və təchizat çatışmazlığı səbəbindən bağlanmağa məcbur olub.

“Hazırda BMT üzvü olan ölkələr cari böhranın yaratdığı humanitar ehtiyacların həlli üçün oktyabrın 12-də keçirilən çağırışa təxminən 100 milyon dollar ayırmağı vəd ediblər ki, bu da ümumi məbləğin 294 milyon dollarının təxminən 34%-ni əhatə edəcək”, deyə OCHA-nın mətbuat bəyanatında deyilir.

Xatırladaq ki, İsrailin Fələstinin HƏMAS qruplaşması ilə müharibəsi oktyabrın 7-dən bu yana davam edir. İsrail tərəfdən 1,4 min itki olub, Qəzza zolağında isə qurbanların sayı 5 mini keçib.

Oktyabrın 21-dən Misirlə sərhəddə fəaliyyət göstərən yeganə nəzarət-buraxılış məntəqəsi olan Rəfah vasitəsilə humanitar yardımların buraxılmasına başlanılıb. İsrail Qəzzaya yanacaq tədarükünün qarşısını alacağını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar