Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-də “gizli Qarabağ müzakirəsi” nəyə işarə edir...

Qarabağla bağlı qətnamə layihəsi baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunub...

Politoloq: “Təhlükəsizlik Şurası və BMT Azərbaycanla fəxr etməlidir ki, Azərbaycan onları verdikləri qərarları yerinə yetirə bilmədiyi üçün biabırçılıqdan qurtarıb”.

“Qarabağ ətrafında hərbi əməliyyatlar gövrü sona çatsa da, siyasi proseslər dövrü davam edir”.

Bu sözləri politoloq Azər Qasımov Qarabağla bağlı qətnamə layihəsinə baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunmasını Poliqon-a şərh edərkən qeyd edib.

Oktyabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Braziliyanın Moskvadakı səfiri Riçard Lima Baen Soaresi qəbul edib. Bu, diplomatik “rutin” çərçivəsindən kənara çıxmayan adi bir protokol görüşü kimi görünür. Haqqın.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən yazır ki, Sergey Verşinin Yaxın Şərqdəki vəziyyətlə bərabər, BMT Təhlükəsizlik Şurasında “Qarabağ regionundakı vəziyyət kontekstində fikir mübadiləsi aparılıb”.

Ardınca isə bildirilir ki, “bu məsələ BMT Təhlükəsizlik Şurasında baxılacaq”. Rusiya Xarici İşlər Nazirliyinin məlumatından belə çıxır ki, Qarabağla bağlı qətnamə layihəsi baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunub.

BMT-də “gizli Qarabağ müzakirəsi” nəyə işarə edir və bu məsələdə Rusiya necə mövqe sərgiləyə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiya təbii ki, Azərbaycanın mövqeyini dəstəkləyəcək, amma özünü siyasi proseslərin önünə verməklə Azərbaycanı yanında gözükölgəli etmək istəyir”.

“Qarabağ məsələsi” adlı probleminin Azərbaycanın səyləri ilə həll edildiyini vurğulayan politoloq qeyd edib ki, bundan sonra BMT olmur, harda olur-olsun açılan müzakirə boş və mənasız fəaliyyətdir:

“Qarabağ ətrafında hərbi əməliyyatlar gövrü sona çatsa da, siyasi proseslər dövrü davam edir. Hərbi əməliyyatla planlarına zərbə vurulan qüvvələr siyasi olaraq ambisiyalarını həyata keçirməyə çalışırlar. Reallıqda nəticəsiz fəaliyyət olduğunu bildikləri halda Azərbaycan üzərində təzyiq formalaşdırmaq üçün siyasi gedişlər edirlər. Rusiya təbii ki, Azərbaycanın mövqeyini dəstəkləyəcək, amma özünü siyasi proseslərin önünə verməklə Azərbaycanı yanında gözükölgəli etmək istəyir.

Təhlükəsizlik Şurası və BMT Azərbaycanla fəxr etməlidir ki, Azərbaycan onları verdikləri qərarları yerinə yetirə bilmədiyi üçün biabırçılıqdan qurtarıb. BMT-nin qərarlarının, xüsusən də, TŞ-nın qərarlarını həyata öz gücü ilə Ermənistana əməl etdirib. “Qarabağ məsələsi” adlı problemi Azərbaycanın səyləri ilə həll edilib. Bundan sonra BMT olmur, harda olur-olsun açılan müzakirə boş və mənasız fəaliyyətdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar