Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş Assambleyasının sessiyasının sədri: COP29 maliyyələşdirmə ilə bağlı məqsədlərə nail olmağa kömək edəcək

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) maliyyələşdirmə ilə bağlı aydın məqsədlərə nail olunması gözlənilir...

Bunu "Report"a açıqlamasında BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa (Maria Fernanda Espinosa) deyib.

Onun sözlərinə görə, qarşıdan gələn konfrans 2030-cu ilə qədər daha yaxşı uyğunlaşma strategiyasının hazırlanmasına kömək edəcək, bu zamana qədər qlobal emissiyalar 40 faizdən çox azalmalı və sonra 2050-ci ilə qədər “xalis sıfır”a çatmalıdır: “COP29 məsələsində, məncə, dünyanın cavab gözlədiyi üç sual var: bu, iqlimin maliyyələşdirilməsi üçün yeni bir məqsəd, yəni “xalis sıfır”a keçidin nə qədər başa gələcəyi, bu vəsaitlərin haradan gələcəyi, hansı ölkələrin və cəmiyyətlərin investisiyaya daha çox ehtiyacı olduğu və biz Paris Sazişini necə həyata keçirəcəyimiz və emissiyaları birdəfəlik azaldacağımız barədə razılığa gəlməkdir”.

Onun sözlərinə görə, iqlim, təəssüf ki, aşağı karbon texnologiyalarına çıxışı olan, daha çox adaptasiya qabiliyyətinə malik olan və digərlərinə nisbətən daha çox resurslara sahib olanlar arasında bərabərsizlik fərqini genişləndirən amilə çevrilib: “Amma əksinə, iqlim bərabərləşdirici olmalıdır. “Yaşıl texnologiya”lara, davamlı qida sistemlərinə çıxış bərabər olmalıdır. Bunun üçün çalışırıq. Beləliklə, bu yeni iqlim maliyyəsi məqsədi vacibdir”.

M.F.Espinosa bildirib ki, ikinci əsas məqsəd keçid prosesinin və investisiyaların bərabərliyi və yoxsulluqla mübarizəni təşviq etməsini təmin etməkdir: “İkinci əsas məqsəd - keçid və investisiyaların bərabərliyin və yoxsulluqla mübarizənin təşviqini təmin etməsidir. Üçüncüsü, hesab edirəm ki, uyğunlaşma üzrə resursları ikiqat artırmaq və COP28-də artıq inanılmaz irəliləyiş əldə etmiş uyğunlaşma hədəfinə nail olmaq vacibdir. Hər kəsin gözləntiləri var. İndi isə iqlimin qayğısına qalmaq və ona görə məsuliyyət daşımaq qlobal vətəndaşlığın təzahürüdür”.

O qeyd edib ki, COP29 konfransı həm də sülh gündəliyinə töhfə verə bilər: “Biz AzərbaycanErmənistan arasında yekun sülh sazişi üzərində işi başa çatdırmağı səbirsizliklə gözləyirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar