Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Makronla Ukraynaya gələcək dəstəyi müzakirə edəcək

ABŞ-ın Dövlət Katibi Fransaya gəlib və o, Makronla Ukraynaya dəstəyi müzakirə edəcək...

ABŞ-ın Dövlət Katibi Entoni Blinken Parisə gəlib. ABŞ diplomatiyasının rəhbəri Fransa prezidenti Emmanuel Makronla Rusiya ilə münaqişədə Ukraynaya gələcək dəstək barədə danışıqlar aparacaq, həmçinin İsrailin HƏMAS-a qarşı müharibəsindəki vəziyyəti müzakirə edəcək.

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi Fransa prezidentinin ofisinə istinadən məlumat yayıb.

Mətndən məlum olur ki, tərəflər Parisin dekabrın sonunda Ukrayna üzrə keçirdiyi beynəlxalq konfransın nəticələrinə baxacaqlar. Bundan əlavə, Blinken Makronla artmaqda olan beynəlxalq böhranı müzakirə edəcək. Dövlət Katibi Fransanın xarici işlər naziri Stefan Sejournet ilə də görüşəcək.

AFP xəbər verir ki, Fransa prezidentinin yaxın ətrafı hər iki tərəfin Ukraynaya dəstəyi gücləndirmək” istədiyini bildirib.

Qeyd edək ki, Makron i2024-cü ilin fevralında Ukraynaya avropalı əsgərlərin göndəriləcəyini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib. Fransa prezidentinin sözlərinə görə, indi Kiyevə kömək etmək üçün artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar