Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bitkoinin gələcəyini Qərb yox, Çin təyin edəcək...

Bir müddət sonra dünyanın qalan hissəsi Çinin nə etdiyini izləyəcək. Sadə bir məqam var: Çin 2020-ci illərin sonunda dünyanın ən böyük iqtisadiyyatına çevrilmək yolundadır...

Hamish McRae
“The Independent” qəzeti, 6 iyul 2021-ci il

“Dünyanın qalan hissəsi Çinin Bitkoin istiqamətindəki addımlarını izləyəcək”. (AFP)

Çin Bitkoini ələ keçirmiş vəziyyətdədir. Pekin istəsə, kriptovalyuta yaşamağa davam edəcək. Ancaq Çin rəsmiləri, bəlkə də, kriptovalyutanın maliyyə sistemi üzərindəki nəzarəti təhdid etməsindən qorxduqları üçün onu məhv edə bilərlər.

İyunun sonlarından bəri meydana çıxan əsas nəticə budur. Çinin Siçuan əyalətində bazarı daha sıx tənzimləmək və Bitkoini qadağan etmək qərarı ilə bağlı bir çox analizlər var, ancaq vacib siqnalları səs-küydən ayırmaq çətindir. Tanınmış analitik və riyaziyyatçı Nikolas Talebin fikrincə, investorlar hökumətlərin kriptovalyutalara nəzarət gücünü aşağı qiymətləndirirlər. 20 iyun tarixində yayımlanan bir məqalədə Taleb yazır:

“Təbiətinə görə Bitkoin hər kəsin görməsi üçün açıqdır. Yalnız FTB tərəfindən deyil, hər kəs tərəfindən başa düşülən olması üçün maliyyə təcrübəsi və statistik anlayışdan, hətta sağlam düşüncədən uzaq olmalıdır”.

Digər tərəfdən çox sayda investorun fikrincə, iyun ayının sonları çox qeyri-sabit keçsə də, məhdud təklif limiti olan bir şeyə investisiya qoymaq inflyasiya qayıtdıqdan sonra daha cəlbedici olacaq. ARK-nın baş icraçı direktoru Keti Vud son bir neçə gündə Bitkoinin çöküşü zamanı böyük alqı-satqı edib.

Birjadakı ənənəvi bir sözdə də deyildiyi kimi, bir bazar yaratmaq üçün iki fikir lazımdır. Bəs bu bazarın zəruriliyini ortaya qayan yeni dəlil varmı?

Bir şey dəqiqdir ki, Çin ən azından indiyədək bəzi Bitkoin mədənlərini bağlamış kimi görünür. Ümumiyyətlə, bu tip xəbərləri hər zaman müəyyən bir şübhə ilə qarşılamalıyıq. Yeni Bitkoinlərin yarısından çoxu Çində çıxarıldığı üçün bu həmlə yeni kriptovalyutaların istehsalını yavaşlatacaq və heç bir problem olmadığı təqdirdə qiyməti artıracaq. Bəs onda Bitloinin qiyməti niyə düşdü?

Ən yaxşı cavab budur ki, mədən qadağası Çinin gördüyü digər tədbirlərlə balanslaşdırılmış haldadır. Bu tədbirlər arasında Çin Xalq Bankının böyük banklardan və “Alibaba”ya bağlı olan “Ant Group”un təmin etdiyi ödəmə xidməti olan “Alipay”dan kriptovalyuta ticarətini məhdudlaşdırmasını istəməsini elan etməsi də var. Ayrı-ayrı fərdlər hələ də kriptovalyutaları saxlaya bilərlər, lakin bunları müntəzəm alış-veriş üçün istifadə etmək daha çətin olacaq.

Burada güclü bir mesaj var. Çox sayda kriptovalyutanız varsa, səlahiyyətlilər hərəkətlərinizi diqqətlə araşdıracaqlar. Pulu necə aldığınızı, vergi ödəmədiyinizi və pulla nə etmək istədiyinizi bilmək istəyəcəklər. Başqa sözlə, kriptovalyutalara sahib olmaq təhlükə işarəsidir. Sərvətinizi hökumətdən gizlətmək üçün nəinki Bitkoindən istifadə edə biləcəksiniz, əksinə Bitkoinə sahib olduğunuz üçün səlahiyyətlilər maliyyə əməliyyatlarınıza xüsusilə diqqət yetirəcəklər.

Bir müddət sonra dünyanın qalan hissəsi Çinin nə etdiyini izləyəcək. Sadə bir məqam var: Çin 2020-ci illərin sonunda dünyanın ən böyük iqtisadiyyatına çevrilmək yolundadır. Gördükləri işlər milli ödəniş axınları ilə yanaşı, qlobal axınlara da birbaşa təsir göstərir. Bununla yanaşı, əgər Çin kriptovalyutaların qlobal bazarları daha dəyişkən hala gətirəcəyinə inansa, dünyanın digər böyük dövlətləri də buna razı olacaqlar.

Əlbətdə istisnalar da olacaq. El Salvador, Bitkoini qanuni bir vasitə halına gətirməyə çalışır və bəzi digər Latın Amerikası ölkələri də bu nümunəni izləyə bilərlər. Ancaq bu, ciddi bir dəyişikliyə səbəb olmaz. Ən vacib məsələ ABŞ Maliyyə Nazirliyi və Federal Rezervin nə qərar verəcəyidir. Amerika iqtisadiyyatını spekulyativ fəaliyyətdəki mövcud sıçrayışdan necə çıxaracaqlarını bilmirik. Kriptovalyutaların qadağan edilməsi populyar olmayacaq, lakin, bəlkə də, faiz dərəcələrində kəskin artımdan daha populyardır.

Ancaq iyun ayının sonundan etibarən gələn yeni məlumatlara görə, dünyanın ikinci böyük iqtisadiyyatı kriptovalyutanı nəinki qadağan etməyə hazırdır, hətta artıq bunu etməyə başlayıb. Bunun kriptovalyutanın böyüməsini cilovlamaq üçün nisbətən rahat bir yol olduğu düşünülsə, o zaman başqalarının da bunun ciddi qəbul etməsini gözləyə bilərik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar