Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir dollar üçün 100 rubl... – Psixoloji hədd artıq əldə edilir...

“Freedom Finance Global”ın Astanadakı analitik departamentinin rəis müavini Georgi Vaşçenko hesab edir ki, bir dollar üçün 100 rubl psixoloji həddi yaxın gələcəkdə əldə edilə bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentiliyinin məlumatında bildirilir. Vaşçenko rublun zəifləyən tendensiyanın dayanacağını gözləmir.

Rusiyalı iqtisadçı Aleksandr İsakovun fikrincə isə Mərkəzi Bank əsas uçot dərəcəsini 9,5%-ə qaldırsa, hakimiyyət orqanları xərcləri azaltsa, rublun ucuzlaşması səngiyə bilər.

Bloomberg qeyd edir ki, cari il ərzində rubl dollara nisbətdə 23% ucuzlaşaraq türk lirəsi və Argentina pesosu ilə birlikdə inkişaf etməkdə olan bazarlar arasında ən pis performans göstərən ilk üç valyuta siyahısına daxil olub.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina rublun ucuzlaşmasının əsas səbəbi kimi dəfələrlə xarici ticarət şərtlərinin pisləşməsini göstərib. O, eyni zamanda, müdaxilə ehtimalını da istisna etməyib. Rubl ötən ilin ən yüksək qiyməti ilə müqayisədə demək olar ki, iki dəfə ucuzlaşıb.

Mərkəzi Bankın son məlumatlarına görə, iyunda Rusiyanın ən böyük ixracatçıları valyuta gəlirlərinin 84%-ni bazarda satıblar. Lakin bu rəqəm ötən ilin eyni dövründəki 16,8 milyard dollardan iyulda 6,9 milyard dollara düşüb. “Urals” nefti 60 dollarlıq qiymət tavanını qırdıqdan sonra da mənfi tendensiyalar dəyişməyib.

Bloomberg yazır ki, rublun zəifləməsi həm də kapitalın xaricə axını ilə izah olunur. Dövlət xərclərinin illik 14% artması ixrac gəlirləri azaldıqda idxala tələbi artırır. Eyni zamanda, rublun faiz dərəcələri inflyasiyaya uyğun gəlmədiyi üçün şəxsi hesablardan xarici banklara təxminən 40 milyard dollar köçürüb.

Bloomberg qeyd edir ki, iyunun sonunda xaricdə saxlanılan Rusiya pullarının həcmi 6,4 trilyon rubla çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Ən çox oxunanalar