Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi və Abşerondan Sumqayıta verilən ərazilər bunlardır - Siyahı

Binəqədi və Abşeron rayonlarının Sumqayıta verilən ərazilərinin hansı yerlər olduğu məlum olub...

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, söhbət Sumqayıta yaxın olan Binəqədinin bir çox ərazilərindən, Noxvanı qəsəbəsinin ərazisindən, eyni zamanda Abşeron rayonunun yaxınlığında yerləşən Saray qəsəbəsinin ərazisindən gedir.

Ekspert bildirib ki, həmin ərazilərdə daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri olsa da, insanlar fərdi evlər tikərək yaşayırlar. O, həmin torpaqlardan təyinata uyğun istifadə olunmadığını və bir müddət öncə Nazirlər Kabinetində sözügedən ərazilərin yaşayış təyinatlı ərazilərə çevrilməsi məsələsinə baxıldığını da söyləyib.

Ərazilərin birləşdirilməsindəki məqsədə toxunan Ramil Qasımzadə bildirib ki, torpaq sahələrinin şəhərlərə qatılması məqsədəuyğundur. O, adminstrativ cəhətdən həmin ərazilərin Sumqayıta daha yaxın olduğunu söyləyib və atılan addımın təqdirəlayiq olduğunu qeyd edib:

“Şəhər böyüdükcə ətraf ərazilərin birləşdirilməsi qarşıdakı dövrdə çoxmənzilli binaların inşası üçün rahatlığı təmin edir. Təəssüf ki, bu gün Bakı şəhərində də torpaq sahələri artıq məhdudlaşıb. Eyni vəziyyət artıq Sumqayıtda da yaşanır. Bu baxımdan şəhərə yaxın yerləşən torpaq sahələrindən səmərəli istifadə olunması iqtisadiyyatın inkişafına və sosial layihələrin həyata keçirilməsi üçün müsbət təsirə malikdir”.

Xatırladaq ki, Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib. Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Deputat Siyavuş Novruzov həmin ərazilərdə 9 min əhalinin yaşadığını bildirib.(İqtisadiyyat.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar