Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda əl qumbaraları və "Kalaşnikov" avtomatları aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub...

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 2 ədəd "F1" əl qumbarası, 2 ədəd "Kalaşnikov" avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar