Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bild: Qarabağdan çıxarılan Rusiya qoşunları Ukraynaya köçürülə bilər...

Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti Ukraynaya köçürülə bilər...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.

Nəşrin açıq məlumatların təhlili üzrə eksperti Julian Röpke bildirib ki, artıq bu kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı bəzi narahatlıqlar var. Onun sözlərinə görə, sülhməramlı adı verilən missiya əslində yeni BTR-82A zirehli transportyorları ilə silahlanmışdılar. Ekspert bildirib ki, hazırda Ukraynada cəbhə xəttində Rusiya ordusunun müasir piyada döyüş maşınlarına və zirehli transportyorlara ciddi ehtiyacı var. Bu səbəbdən də onların Ukrayana cəbhəsinə köçürülməsi realdır.

Qeyd edək ki, ötən həftə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması başlanılıb. 2020-ci ilin payızından Qarabağda olan kontingent 2000-ə yaxın əsgərdən ibarət idi. Onlar indi avadanlıqlarla birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib:

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, AzərbaycanRusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar