Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bezos dünyanın ən varlı adamları siyahısına liderlik edir

“Amazon”un qurucusu Bezos 2021-ci ildən bəri ilk dəfə dünyanın ən varlı adamları siyahısına başçılıq edir...

Poliqon xəbər verir ki, “Amazon”un qurucusu Ceff Bezos Bloomberg Milyarderlər İndeksində (BBI) İlon Maskı qabaqlayaraq birinci yeri tutub. Reytinqə görə, Bezosun sərvəti 500 milyon dollar azalaraq 200 milyard dollara düşsə də, cari il ərzində o, kapitalını 23,4 milyard dollar artırıb.

“Amazon”un qurucusu Bezos 2021-ci ildən bəri ilk dəfədir ki, Bloomberg-in ən varlı insanların reytinqinə başçılıq edir”, deyə Agentlik yazır.

Elektrikli avtomobil sənayesinin vizyoneri və maqnatı İlon Mask, “Tesla” səhmlərinin 7% azalması səbəbindən sərvəti bir gündə 17,6 milyard dollar azaldıqdan sonra ikinci sıraya enib. Bu azalma Çinə avtomobil tədarükünün azalması xəbərləri fonunda baş verib. İlin əvvəlindən Mask 31,3 milyard dollar itirib.

Bezos və Mask arasında sərvət fərqi onların şirkətlərinin səhm qiymətlərindəki fərqli hərəkətləri nəzərə alaraq daralıb. “Tesla” səhmləri 2021-ci ildən bəri 50% azalıb, “Amazon” səhmləri isə bütün zamanların ən yüksək həddə yaxınlaşır.

LVMH-nin sahibi Bernard Arnault 197 milyard dollar sərvəti ilə üçüncü yerdədir ki, o da bir gündə 1,84 milyard dollar itirib, lakin ümumilikdə ötən il 18,3 milyard dollar qazanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar