Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin idarəçiliyi Arif Qaraşovun oğluna həvalə olundu

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin idarəetmə strukturunda dəyişiklik edilib

Yeni təşkilati-idarəetmə strukturuna əsasən, Mərkəzə cari rəhbərliyi icraçı direktor, onun idarə edilməsinə və fəaliyyətinə nəzarəti isə Müşahidə Şurası həyata keçirəcək.

Dəyişiklik sonrası Müşahidə şurasının sədri vəzifəsinə Fərhad Qaraşov seçilib, mərkəzin icraçı direktoru vəzifəsinə isə Müzəffər İsmayılov təyin olunub.

Həyata keçirilmiş struktur dəyişikliyinin əsas məqsədi – Mərkəzin idarətmə sistemində çevikliyin təmin edilməsi, tədris sisteminin keyfiyyətinin müasir standarlar çərçivəsində daha da artırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilərək fəaliyyətinin daha da genişləndirilməsidir.

Xatırladaq ki, Fərhad Qaraşov Böyük Britaniyanın Anglia Ruskin Universitetində MBA dərəcəsi əldə edib. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Qaraşov ölkənin aparıcı bankarında 10 ildən çox rəhbər vəzifələrində çalışıb. O, hazırda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir.

İcraçı direktor vəzifəsinə təyin olunan Müzəffər İsmayılov isə 10 ildən artıq müddət ərzində Azərbaycanda özəl şirkətlərdə və dövlət qurumlarında çalışıb. 2016-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birminqem Universitetindən MBA dərəci almış Müzəffər İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramında biznes strategiyaları və marketinq dərslərini tədris edib.

Qeyd edək ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcıl tədris mərkəzlərindən biridir. Mərkəzdə təhsil Azərbaycan, Rus və İngilis dillərində aparılır. İngilis dili bölməsində tədris 2008-ci ildən rəsmi lisenziya üzrə Kembric proqramı əsasında qurulub. Bundan əlavə, Mərkəzdə 2011-ci ildən etibarən Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) fəaliyyət göstərir. Ötən tədris ilində məzun olmuş şagirdlərin 100 faizi aparıcı yerli və xarici universitetlərə qəbul olunub.(Qafqazinfo)

PİA.az xəbər verir ki, Fərhad Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur. Fərhad Qaraşov haqqında son zamanlar yerli mətbuatda müxtəlif məlumatlar dərc olunur. Son olaraq Fərhad Qaraşovun Almaniyanın lüks avtomobil istehsalçısı "Audi”nin "Q” seriyasından ən son model olan "Audi Q8” avtomobili alması ilə bağlı xəbər mətbuatda yer alıb. Belə ki, 32 yaşlı sabiq məmur oğlu Bakıda yeni təqdim olunan lüks avtomobilə sahib olması ilə tarixə düşüb. Bahalı avtomobil kolleksiyasına sahib olan Fərhad Qaraşovun 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilirdi. Yeni Audi Q8 avtomobilinin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır.

Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hədisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. . Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar