Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşir həmin Bəşirdi, kefi də yerində...

Sudanın devrilmiş keçmiş prezidenti Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılandan bəri ilk dəfə publika qarşısında görünüb

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, keçmiş diktatoru saxlanıldığı həbsxanadan çıxarıb Xartumdakı prokurorluğa apararkən jurnalistlər onun görüntülərini çəkiblər. Prokuror Alaa əd-Din Abdalla bildirib ki, keçmiş prezident xarici valyutanı qanunsuz yığıb saxlamaqda və korrupsiyada, bahalı hədiyyələr qəbul etməkdə ittiham olunur.

Lakin bu ittihamlara baxmayaraq 30 ilə yaxın Sudanı idarə etmiş və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hələ hakimiyyətdə olanda barəsində Darfurda soyqırıma görə həbs qərarı çıxarılmış əl-Bəşirin hal-əhvalında heç bir dəyişiklik nəzərə çarpmayıb. O, ənənəvi ağ geyimində olub, başına turban qoyub. Əl-Bəşir avtomobildən gümrah şəkildə çıxıb, gülümsəyib və onu müşaiyət edən mühafizəçilərlə söhbət edib. Siyasətçi təkcə ona qarşı rəsmi ittihamı elan edəndə bir az qaş-qabaqlı görünüb. Bununla belə keçmiş prezidentə prokurora cavab vermək imkanı yaradıblar.

Sudan ordusu ölkədə aylarla davam edən xalq etirazlarından sonra aprelin 11-də çevriliş həyata keçirərək Əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb. Onu və bütün yaxın ətrafını həbs ediblər. Aprelin 20-də xəbər verilib ki, əl-Bəşirin evində axtarış zamanı 113 milyon dollara ekvivalent olan nəğd pul tapılıb.

Etirazlar isə əl-Bəşirin devrilməsinə baxmayaraq dayanmayıb. Etirazçılar bu dəfə müvəqqəti hərbi şuradan hakimiyyəti mülki qüvvələrə təhvil verməyi və seçkilər keçirməyi tələb ediblər. Bu günlərdə Sudan ordusu etirazçılara qarşı silah işlədib və onlarla adam ölüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar