Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur?.. - Rəsul Quliyev

Rəsul Quliyevdən sərt açıqlama...

“İctimai münasibətlərin əcaib formaları ilə məhşurlaşmış Azərbaycanda, özlərini Milli Şura adlandıran və gündə bir bəyanatla çıxış edən bir təşkilat var. Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir”.

PİA.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev deyib. O, bildirib ki, “Milli Şura Azərbaycan xalqını təmsil edir” kimi çeynənmiş, yalançı şüarları işlətmək lazım deyil. O qeyd edib ki, Milli Şura yarananda bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər:

“Bəs indi kimləri və hansı partiyaları təmsil edir bu Milli Şura? Ola bilər kimlərsə şuranın Xalq Cəbhəsi (ölkədə Xalq Cəbhəsi adı altında 3-4 partiya var) və ziyalıları təmsil edir iddiasında olsun. MŞ-nın rəhbərinin hansı XC olduğunu bilirik. Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur?

Sovet dövründə sovetlərin apardığı siyasətin şərhiçisi, Heydər Əliyevİlham Əliyev dövründə onlara mədhiyyə yazan, İranın Cənubi Azərbaycan bölgəsi ilə əlaqədar 2-ci dünya müharibəsindən sonra tarix yox, nağıl yazan bir adam bütün Azərbaycanın ziyalılarını təmsil edir fantaziyasını quraşdıranlar xəcalət çəkməlidirlər.

Erkən seçkilərin keçirilməsi ilə əlaqədar bu heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddəlarını oxuyanda bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyil. Demokratiya uğrunda avtoritar rejimlə mübarizə aparmaq istəyən (bu çox ağır işdir) aşağı səviyyəli təşkilat belə çeynənmiş frazalardan ibarət çızma qara yazmağa tələm-tələsik başlamaz.

25 ildir hər addımbaşı biabırçılıqla məğlub olan (seçkilərin saxtalışdırlmasının qarşısını ala bilməmək onların məğlubiyyətidir) bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm-tələsik tullanıb ortayan düşməz. Əvvəl proseslərin inkişaf istiqmətlərini hökumətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər.

Hökumətin nə edəcəyi barədə məlumatlar toplanandan sonra real, yəni təsir gücü olan bəyanət verər. Və bu məlumatları toplamaq çox da çətin iş deyil. Bunları düşünənlərin olmadığı bir təşkilat ancaq belə bəyanatlar verə bilər. Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya hökuməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökumətin siyasətini alqışlayacaq adamlarınız az deyil”. (yenisabah)

pia.az


Etiket: Rəsul Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Qərbi Azərbaycan Xronikası: Ermənilər Göyçədə Azərbaycan dilində danışırdılar

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Ən çox oxunanalar