Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərpa olunan enerji üzrə Komissiyanın iclası keçirilib

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə ilk iclası keçirilib.

Energetika Nazirliyindən PİA.az-a verilən xəbərə görə, nazir Pərviz Şahbazov çıxış edərək, Sərəncamın icrası ilə bağlı Komissiyanın qarşısına qoyulan mühüm vəzifələr barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin energetika sahəsində müəyyən etdiyi hədəflərə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bəzi layihələrin artıq icrasına başlanıldığını, digərlərinə hazırlıq işlərinin aparıldığını və bununla əlaqədar müvafiq qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

İclasda Azərbaycanda həyata keçirilən sənaye miqyaslı külək və günəş enerjisi layihələri barədə məlumat verilib, bu layihələrin hazırlanması istiqamətində texniki, iqtisadi, maliyyə məsələləri ətrafında müzakirələr aparılıb. Komissiyanın növbəti iclasınadək görüləcək tədbirlərə dair hazırlanmış qərar layihəsi nəzərdən keçirilib, rəy və təkliflər nəzərə alınaraq qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dövlət Dəniz və Liman Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar