Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə zəhərlənən 6 uşağın son durumu - Yenilənib

Bir neçə gün əvvəl Bərdə rayonunun Zümürxan kəndində qidadan zəhərlənən altı azyaşlı evə buraxılıb...

Poliqon bildirir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"16.06.2024-cü il tarixində 6 nəfər qidadan zəhərlənmə şübhəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

***

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Ən çox oxunanalar