Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzinin qiymət artımı ajiotajı - Qiymət artımı üçün hökümətin əsasları varmı?

Neft sənayəsi üzrə ekspert: “Dövlət Neft Şirkətinə 1 barelinin qiyməti 9 dollara başa gəlirsə, onu xarici bazarda təqribən 8 dəfə baha satır və qazanır”

“Son illər Azərbaycan çox böyük templə qiymət artımını dəfələrcə üstələyib. Ona görə də hökumətin qiyməti artırmaq üçün cəmiyyətə təqdim edəcəyi ciddi əsasları yoxdur”.

Bu sözləri Aİ-92 benzininin qiymətinin qalxması ilə bağlı xəbərləri PİA.az-a şərh edərkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft snayesi üzrə ekspert İlham Şaban söyləyib.

Son zamanlar Aİ-92 benzininin qiymətinin qalxması ilə bağlı xəbərlər intensivləşib. Hətta tanınmış iqtisadçı Qubad İbadoğlu da Aİ-92 benzininin qiymətinin qalxmasını istisna etməyib. Azərbaycan neftinin yüksək qiymətə satıldığı indiki şəraitdə Aİ-92 benzininin qiymətinin qaldırılması üçün hər hansı əsaslar varmı?

İlham Şaban: “2013-cü ildə Aİ-95 markalı benzinin qiyməti 2012-ci ilin dekabr ayının 4-nə qədər 0.55 qəpik olub. Lakin indi 0.90 qəpikdir. Yəni, qiymət iki dəfəyə qədər artıb”.

Gələn il üçün neftin qiymətinin 70 dollar civarında proqnozlaşdırıldığını qeyd edən İlham Şabana görə, mövcud vəziyyətdə benzinin bahalaşacağı gözlənilmir və bunun üçün hökümətin heç bir əsası yoxdur:

“Biz son 5 ilin dinamikasına baxsaq, 2013-cü ildə Aİ-95 markalı benzinin qiyməti 2012-ci ilin dekabr ayının 4-nə qədər 0.55 qəpik olub. Lakin indi 0.90 qəpikdir. Yəni, qiymət iki dəfəyə qədər artıb. Qonşu ölkələrimizdə illik artım 10-15% civarında olur. Azərbaycan isə çox böyük templə qiymət artımını dəfələrcə üstələyib. Ona görə də hökumətin qiyməti artırmaq üçün cəmiyyətə təqdim edəcəyi ciddi əsasları yoxdur.

Digər tərəfdən, neftin maya dəyəri çox aşağıdır. Bunu hökümətin özü də açıqlayıb. Məsələn, Dövlət Neft Şirkətinin açıqladığı hesabatda 1 barelin qiymətinin 9 dollar olduğu bildirilib. Əgər neftin 1 barelinin qiyməti 9 dollara başa gəlirsə, onu xərci bazarda təqribən 8 dəfə baha satır və qazanır. Bütün normal ölkələrdə 1 litr benzinin qiymətində satıcı, neftayırma zavodu və hökumətin qazancı açıq şəkildə bildirilir. Hətta qonşu Türkiyədə turistlərə belə açıqlanır. Lakin Azərbaycanda Neftayırma zavodunda qazanc barədə məlumat verilmir. Bu baxımdan cəmiyyətə şübhə yaranır.

Hesab edirəm ki, Neftayırma zavodunun kifayət qədəri gəliri var. Əslində cəmiyyətimizin özündə də günah var. Bizim cəmiyyət çox savadsız və küyə gedəndir.

İlham Şaban: “Azərbaycanda Neftayırma zavodunda qazanc barədə məlumat verilmir. Bu baxımdan cəmiyyətə şübhə yaranır”.

Heydər Əliyev adına zavod ildə bir dəfə maşının yağını dəyişən kimi, bu zavod da ildə bir dəfə 1 aylığına cari texniki təmirə dayanır. Zavod texniki təmirə dayananda isə özünəməxsus rezervuarlarda əvvəlcədən ehtiyat üçün neft məhsulu toplanır. Belə ki, həmin müddətdə əhalinin tələbatı bu ehtiyatlardan ödənilir.

Əvvəllər bu məsələdə heç bir problem yox idi, ancaq avtomobillərin sayı ildən-ilə artdıqca həmin ehtiyac ödənilmir. Bu baxımdan Nazirlər Kabineti qərar verir ki, həmin müddətdə ölkəyə benzin idxal olunsun.

Təəssüf ki, bəzi qəzet və saytlar oxucularının sayını artırmaq üçün avqust ayından yazmağa başlayırlar ki, benzinin qiyməti qalxacaq. Artıq 3 ildir ki, bu vəziyyət davam edir. Halbuki qiymət artımı gözlənilən deyil”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar