Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden müdafiə büdcəsini artırmaq, F-35 xərclərini azaltmaq istəyir...

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən müdafiə büdcəsini 2025-ci maliyyə ilində 1% artıraraq 849,8 milyard dollara çatdırmağı xahiş edəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən yazıb.

Agentlik qeyd edir ki, qeyd olunan məbləğ ilkin nəzərdə tutulduğundan 10 milyard dollar azdır. Çünki administrasiya konqresmenlərlə keçmiş razılaşmaya əsasən borc tavanını artırmaqla məhdudlaşır. Müdafiə büdcəsi xərclərini azaltmaq üçün hakimiyyət xüsusilə F-35 qırıcılarının alış həcmini azaltmağı planlaşdırır.

Bloomberg mənbələrinə görə, administrasiyanın tələb etdiyi 849,8 milyard dolların 167,5 milyard dollarının silah sistemlərinin alınmasına, 143,2 milyard dollarının isə tədqiqat və inkişafa yönəldilməsi təklif edilir. Əvvəllər müdafiə büdcəsindən bu məqsədlər üçün müvafiq olaraq 175,3 milyard və 145 milyard dollar vəsaitin ayrılacağı gözlənilirdi.

Agentliyin məlumatına görə, məhdud maliyyə səbəbindən Ağ Ev Pentaqonun "Lockheed Martin" hərbi-sənaye korporasiyasından almağı planlaşdırdığı F-35 qırıcılarının sayını 83-dən 70-ə endirmək niyyətindədir. Prezident administrasiyası yeni maliyyə ilində ABŞ Hərbi Dəniz Qüvvələri iki əvəzinə yalnız bir yeni Virciniya sinifli nüvə sualtı qayığı alacaq.

Eyni zamanda, Bloomberg qeyd edir ki, müdafiə büdcəsində planlaşdırılan azalmalara baxmayaraq, ABŞ hərbi xərclərə görə hələ də liderdir. Ondan sonra 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 1,67 trilyon yuana (230,6 milyard dollar) çatdıracaq Çin gəlir.

ABŞ prezident administrasiyası ilə Konqres arasında ötən il bağlanmış saziş 2025-ci maliyyə ilində (oktyabrın 1-dən başlayaraq) milli təhlükəsizlik xərclərinin 895,2 milyard dolları ötməyəcəyini nəzərdə tuturdu.

ABŞ Konqresi hələ də 2024-cü maliyyə ili üçün büdcə layihəsi ilə bağlı razılığa gələ bilmir. Müzakirələr 2023-cü ilin sentyabrından davam edir. Konqresmenlər dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsi ilə bağlı qanun layihələrini dəfələrlə qəbul ediblər. Martın 7-də Nümayəndələr Palatası 2024-cü ilin sentyabr ayının sonuna qədər hökuməti 460 milyon dollar qismən maliyyələşdirmək üçün başqa bir qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Ən çox oxunanalar