Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden administrasiyası Türkiyənin arzusunu reallaşdıra bilər

Bayden administrasiyası Türkiyə ilə yeni silah müqaviləsini təsdiq etməsi üçün Konqresə qeyri-rəsmi müraciət edib.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

Məqalə müəlliflərinin fikrincə, Ankaranın Ukraynadakı müharibədə rolu, “Bayraktar”ların tədarükü və Rusiya hərbi gəmilərinə Bosfor boğazına girişin bağlanması Vaşinqtonla pozulmuş münasibətlərin bərpasına kömək edib və bu yaxınlaşma “F-16”ların Türkiyəyə satışına yol aça bilər.

Bununla belə, Dövlət Departamentindən WSJ-yə bildirib ki, müdafiə qurumlarına təklif edilən köçürmələr Konqres tərəfindən rəsmi şəkildə bildirilənə qədər şərh edilmir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına razılıqlarını bildirmişdilər. Bundan sonra Türkiyə ABŞ-a döyüş təyyarələri üçün raket və radarların alınması məqsədilə 400 milyon dollarlıq sorğu təqdim edib. Bayden administrasiyası Konqresin hər iki palatasındakı əsas liderlərdən Türkiyənin tələbinin qəbul edilməsini xahiş edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar