Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının akustik çirklənmə səviyyəsinin monitorinqi aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyanın İnformasiya Texnologiya İnstitutu Bakıda akustik çirklənmə səviyyəsinin ölçülməsi məqsədilə monitorinqlər aparacaq...

Bunu institutun şöbə müdiri Bikəs Ağayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə zəruri avadanlıqlar alınacaq ki, onların texniki parametrlərinə dair təkliflər hazırlanıb.

“Hazırda müəyyən obyektlərin akustik küy çirklənməsindən mühafizə məqsədilə təkliflər verilib. Misal olaraq hava limanının yaxınlığında yerləşən yaşayış əraziləri qeyd etmək olar. Burada küy çirklənməsi normadan 3 dəfəyə yaxın çoxdur. Yəni əgər norma 55 dB civarında olmalıdırsa, bu ərazidə təyyarə havaya qalxdıqda küy 130 dB-dən artıq təşkil edir. Bu isə əhaliyə mənfi təsir edir”, - deyə B. Ağayev qeyd edib.

İnstitutun şöbə müdiri əlavə edib ki, bu sahədə müvafiq standartların qəbul olunmasına və mövcud qanunvericiliyin yenidən baxılmasına zərurət var.

“Dünya praktikasında beynəlxalq işlək mexanizmlər, standartlar var ki, onlar küy çirklənməsinin azaldılmasına dair tələblər müəyyən edir. Məsələn, xəstəxana tipli obyektlərin yaxınlığında küy çirklənməsinin azaldılması. Burada müxtəlif üsulların tətbiqi ilə küy çirklənməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Və yaxud gecə küyünə aid beynəlxalq standartlar var ki, gecə saatlarında küy 25-30 dB. keçməməlidir. Qeyd edim ki, akustik küyə dair Avropada 500-ə yaxın təlimat və standart mövcuddur. Azərbaycanda isə təxminən 40 yaxın Rusiya standartları istifadə olunur ki, onları mükəmməl saymaq olmaz”, - deyə B. Ağayev əlavə edib.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar