Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan Əziz Yıldırıma təhdid məktubu gedib


Türkiyənin “Fənərbaxça” idman klubunun başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb


Virtualaz.org xəbər verir ki, bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib.

Çetinkaya deyib ki, Ramil Quliyevi Türkiyə idmanına Əziz Yıldırımın razılığı ilə məhz o qazandırıb. “Ramili dəvət etdik, atası ilə birlikdə gəldi. Azərbaycan vətəndaşı olaraq “Fənərbaxça” lisenziyası ilə qaçışlarda iştirak etdi. Buna görə Azərbaycanda problemlər yaşadı. Bir müddət ondan xəbər ala bilmədik. Atası Bakıya dönəndən sonra vəfat etmişdi. Dramatik bir şəkildə başladıq. Azərbaycanla problemlər böyüdü. Ramil Quliyevə Qətərdən, Rusiyadan təkliflər gəlirdi. Ancaq o, “Fənərbaxça”nı tanıyırdı, burada qalmaq istədi. Həyat yoldaşı ilə birlikdə Türkiyəyə yerləşdi. Bu dəfə Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşadıq. Əziz Yıldırımı təhdid edən məktub gəldi. Azərbaycan federasiyasından...”, - Fikret Çetinkaya bildirib.

Xatırladaq ki, bundan əvvəl Ramil Quliyev özü də Bakıdan onu təhdid etdiklərini, Azərbaycana qayıdacağı halda həbslə hədələndiyni “Hürriyet” qəzetinə danışıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ən çox oxunanalar