Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı nurçu dövlət çevrilişi planı haqda ilginc açıqlama



Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb


T.Yıldız müsahibəsində Türkiyədə “paralel dövlət” adlanan qruplaşma tərəfindən 2013-cü il, dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb. 

Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi.

Həmin günlər telefonu ən çox dinlərən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib: “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”.

T.Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: “Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər”.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin tələbinə baxmayaraq həmin günlərdə istefa vermədi. Daha sonra hakim partiya yerli seçkiləri qazandıqdan sonra o, rüşvətə qarşı əməliyyatlarda iştirak etmiş hüquq-mühafizə işçilərinin iş yerlərin6i dəyişdi, bəzilərin vəzifədən çıxardı. Daha sonra həbsdə olan nazir balalarını azadlığa buraxdı. Həmçinin məsələni müzakirəyə çıxararaq 17 dekabr əməliyyatı ilə bağlı istintaqın davam etdirilməsini qadağan etdi.

Virtualaz.org xatırladır ki, ötən ilin 17 dekabrda “İmamın ordusu”nun həyata keçirdiyi rüşvət və korrupsiya əməliyyatından sonra Ərdoğan hakimiyyəti ilə Fətullah Gülən arasında əsl müharibə başladı.

Türkiyə hakimiyyəti fətullahçıların dövlət strukturlarındakı şəbəkəsini dağıtmaq üçün hərəkətə keçdi, ardınca bu əməliyyat Azərbaycanda da başladı. O vaxt baş nazir olan Ərdoğanın Bakıya səfəri zamanı prezident İlham Əliyevə fətullahçıların dövlət strukturlarına sızmış nümayəndələrinin siyahısını və onların planlarını verdi. Nəticədə bu ilin yazında Azərbaycanda da nurçuların dövlət strukturlarından təmizlənməsi prosesi başladı, onların “baş imamı” olan Elnur Aslanov Prezident Administrasiyasından uzaqlaşdırıldı, deputat Ceyhun Osmanlı və digərləri “güncə qoyuldu”.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar